Havanın soyuq keçməsi “Pasxa” ilə bağlıdır? – Hacı Şahindən AÇIQLAMA

609

BİA.az Azərbaycanda “Pasxa” dedikdə ilk ağla gələn “bu bayram başa çatsaydı, havalar isinərdi” fikri olur. Meteoroloji yanaşmanı kənara qoyub bu cür düşündüyümüzün doğru olub-olmadığını aydınlaşdırmaq üçün ilahiyyatçıya müraciət etdik.

İlahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, aprel ayının soyuq keçməsi Pasxa ilə əlaqələndirməyin heç bir əsası yoxdur:

“Bunun elmi cəhətdən heç bir əsası yoxdur. O məntiqlə yanaşsaq gərək Pasxa bayramı ərəfəsində bütün dünyada havalar soyuq olsun. Əgər Pasxa ilə bağlıdırsa niyə məhz Azərbaycanda havalar soyuq keçir? Bu tip hava ölkəmizin iqliminə uyğundur. Dünyanın isti iqlimdə olan xristian  ölkələri var, orda niyə havalar soyumur? Dini mənbələrdə də belə bir şey yoxdur ki, İsa peyğəmgərə görə belə ola bilər”.