Mingəçevir sakini sahibi olduğu marketdə ÖLDÜ

678

BİA.az Mingəçevir sakini sahibi olduğu marketdə ölüb.

Hadisə Heydər Əliyev prospektində yerləşən marketlərdən birində baş verib.

Belə ki, 1952-ci il təvəllüdlü şəhər sakini Arif Fələk oğlu Əliyevin qəfil halı pisləşib, huşunu itirib və marketdə ölüb.
Qəfil ölümün səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.