BİA.az Bakı metropolitenin “Memar Əcəmi” stansiyasında telfon oğruları tutulub.
DİN-dən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 4-də metronun “Memar Əcəmi” stansiyası ərazisində Beyləqan rayon sakini V.Quliyevanın cibindən mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotik vasitələrdən istifadə etdiklərinə görə məhkum olunmuşlar, Sumqayıt şəhər sakinləri M.Məmmədov və Ə.Həsənov saxlanılıblar.