BİA.az Sumqayıtda gecə saatlarında döyülmə hadisəsi baş verib.
Hadisə şəhərin 5-ci mikrorayonunda mənzillərin birində qeydə alınıb.
Kürəkən və qaynana arasında düşən mübahisə sonuncunun döyülməsi ilə nəticələnib. Belə ki, kürəkəni 1959-cu il təvəllüdlü Natavan Mirzəyevaya üz nahiyəsindən zərbələr endirib.
Xəsarət alan yaşlı qadın xəstəxanaya aparılıb və ona lazımi tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.