Azərbaycanda kosmetoloq qızın burnunu çürütdü – FOTO

595

BİA.az Bir müddət öncə 29 yaşlı qadın bölgələrdən birində xidmət göstərən kosmetoloqa müraciət edərək burnuna filler dolğu etdirib. 

Lakin üç gün sonra burnunda qaralmalar olduğunu görüb. Kosmetoloquna bu barədə məlumat versə də, heç bir kömək olmayıb və vəziyyəti daha da pisləşməyə doğru gedib.

Bu barədə həkim-kosmetoloqlardan biri sosial şəbəkədə paylaşım edib.

Onun sözlərinə görə, qız iki gün daha gec müraciət etsəydi, onu bu vəziyyətdən çıxarmaq mümkün olmayacaqdı:

“Anatomiya sahəsindən xəbərsiz, qeyri-peşəkar həkimlər (bəzən də ali tibbi təhsili olmayan kosmetoloqlar) pasientləri bu tip faciəvi nəticələrə gətirib çıxarırlar.

Bu xanım mənim yanıma əməliyyatsız rinoplastika prosedurundan (yəni hialuron turşusu tərkibli fillerlərin infeksiyası köməyilə burunun əyriliyinin aradan qaldırılması) sonra gəldi.

Prosedur zamanı filler damara düşüb, işemiya və nekroz ilə sonlanıb. Kosmetoloq xanımı bir xeyli vaxt sakitləşdirməyə çalışıb və heç bir problemin olmadığına inandıraraq, müxtəlif lazımsız mazlardan istifadə etməyi məsləhət görüb.

Xanım özü məni tapdı, amma problem artıq altıncı gün idi ki, inkişaf edirdi. Hər bir dəqiqə bizim əleyhimizə işləyirdi. Biz uğurlu nəticəyə inanmırdıq, amma xanımı bu vəziyyətdə qoymaq istəmədik və işə başladıq.

Həftələrlə uzun sürən müalicə nəticəsində burunu xilas edə bildik”.