Azərbaycanda daha bir orta məktəbdə BİABIRÇILIQ: “Qızla sevişən oğlan…” (VİDEO)

672

BİA.az Dünən Samux rayon İnstitut qəsəbə tam orta məktəb direktoru Abbasova Gülsabah Cəfər qızının özünün vəzifə təyinatının 5 illiyini ziyafət məclisi ilə qeyd etdiyini və bunun  səs-küy yaratdığı haqqında məlumat vermişdik. Həmçinin, ziyafətin direktorun pulu ilə deyil müəllim kollektivindən yığılan pullar hesabına təşkil olunduğu bildirilmişdi. 

Bu məsələdən sonra məktəblə bağlı başqa faktlar da ortaya çıxıb. Övladları həmin məktəbdə təhsil alan valideynlər bu haqda “Yeni Sabah”a növbəti şikayət ünvanlayıblar. Həmçinin, məktəbdə baş verənlərlə bağlı video da təqdim ediblər. Videoda yuxarı sinif şagirdi olan oğlan və qız Fizika kabinetində qeyri-etik hərəkətlər edirlər.

Valideyn bildirib ki, videodakı qız məktəbin şagirdi, oğlan (H. Ə…) isə məktəbdən qovulmuş şagirddir. Övladları həmin məktəbdə təhsil aldığı üçün o adının açıqlanmasını istəməyib:

“Mənim uşaqlarım da o məktəbdə təhsil alır. Normal halda direktor valideynləri içəri buraxmır. Ancaq qızla sevişən oğlan Fizika kabinetində görün nə oyun çıxardır. Özüm də ziyalı biriyəm. Ancaq o direktor özündən çox razı xanımdır. Mən belə bir şey eləməzdim, amma məcburiyyət qarşısında qalıb bunun işıqlandırılmasını istəyirəm. Yəni  bilin ki, məktəbdə belə bir mühit var.

162 saylı məktəb bunun yanında yalandır. Hamısı keçən həftə ərzində olmuş məsələlərdir. Aprelin 14-də ad günü tədbiri keçirib, bu video da o ərəfələrdə çəkilib. Tədbirdən 3-4 gün əvvəl çəkilmiş videodur. Direktor oğlanın valideynini yanına çağırtdırıb deyib ki, o videonu mənə verin. Valideyn də verməyib və direktor onu hədələyib. Hazırda Samux Təhsil şöbəsi, Gəncə region təhsil şöbəsi məktəbə tökülüb. Araşdırma aparırlar…”.

Məsələ ilə bağlı Samux rayon təhsil şöbəsindən və adıçəkilən orta məktəbdən münasibət öyrənmək mümkün olmayıb.