BİA.az Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı qızı Pərvanə atası Ağalar Dostəliyevin özü haqqında danışdıqarına cavab verib.
Pərvanə Dostəliyeva açıqlamasında bildirib ki, atası yalan deyir:
“Zeynəbin evində atam məni qucaqlayıb şəkil çəkdirirdi. Bibim Zeynəb Dostəliyevada şəkillər var. Sadəcə bu onlara sərf eləmir deyə ortaya çıxarmırlar. 15-16 yaşına kimi Zeynəbgilə gedib-gəlirdim. Anamla Bakıdan onlara görə gedəsi olduq. Onlar deyir ki, guya mən onları şantaj etmişəm. Dediklərinin hamısı yalandır. Mənim pula ehtiyacım yoxdur. Nazpəri deyirdi ki, qardaşımın elə qızı yoxdur. Ancaq mən şəkilləri paylaşan kimi oldum qardaşı qızı?”
Pərvanə anası Şəhla ilə atasının tanışlığından da söz açıb. O bildirib ki, Ağalar anasını qəbiristanlıqda zorlayıb:
“Anam o zamanlar keçirilən bayramda iştirak edib, eevə qayıdarkən atam onu zorla “Qurd Qapısı” qəbiristanlığına aparıb, orada təcavüz edib. Ondan sonra səs-səmir çımaması üçün arvadı edib, evlərinə aparıb. Onda məlum olub ki, Ağalar 4 aylıq evli imiş. Anam hamilə olanda da anamı döyüblər ki, hamiləliyi pozulsun. Anamın başını unitaza soxub, sifonu çəkirmiş. Hətta vbununla kifayətlənməyib, anamı dəlixanaya kimi saldırıblar. Onlar soyadını da məhkəmə vasitəsilə mənə verib”.
O, atasının ona təcavüz etdiyini iddia edib:
“İlk dəfə bulvardan qayıdanda atam mənə təcavüz elədi. Sadəcə cinsi münasibətdə olmadıq. Qalan başıma ən pis oyunları açdı. Bu xoşagəlməz hadisə 10-12 gün Zeynəbin evində davam etdi. Məni qorxutduğundan bu barədə heç kimə heç nə demədim. Atam öləndə belə bu əməlinə görə ona rəhmət düşməyəcək.
Pərvanə bildirib ki, ata nənəsi də onu nəvə kimi qəbul edib:
“Məni Nazpərinin anası Xanımnaz da qəbul edirdi. O, mikrorayonda Zeynəblə qonşuluqda yaşayırdı. Dəfələrlə görüşmüşük. Nənəm xəstə olanda ona qulluq etmişəm. Hətta nənəm Xanımnaz öləndə yasda yığılan pulu oğurlayıb, ana nənəmə gətirmişdi. Biz də bilməmişdik. Sonradan bildik ki, yasdan 20 min rubla yaxın pul oğurlamışdı.”
Pərvanə atasının onun kafelərdə, çayxanalarda mahnı oxuması fikrinə sərt cavab verib:
Mən neçə ildir Bakıda yoxam. Hansı kafedə oxumuşam gəlsin, göstərsin. Mən 10 ildir Azərbaycana ayağımı basmıram. Onun müsahibəsini də oxumuşam. O, ağzına, ağlına gələni danışıb”.
Atasının Pərvanənin İlhamə Quliyevaya “Azəristar”a çıxması üçün pul verib deməsini əsassız adlandırıb:
“İlhamə brillyantın, qızılın içində üzürdü. Onun mənim puluma nə ehtiyacı vardı? Ağaları bacıları öyrədirdi. O da mənə deyirdi ki, başını kəsərəm İlhamə Quliyeva ilə oturub-durma. Bacıları da mənim sənətdə uğur qazanmağıma imkan vermədilər”.
O, atasını məhkəməyə verməyəcəyini bildirib:
“Ağalar ölüb, onun nəyini məhkəməyə verəcəm. Qohum-qonşu yemək yeyib sümüyünü onun üçün aparırlar. İlahi ədalət deyilən bir şey var. Allah onun cəzasını verəcək”.
Pərvanə bildirib ki, atasının 3 arvadı var:
“Anamdan əvvəl Ofeliya adında qarmon ifaçısı ilə evlənib. Ondan iki oğlu var. Anamdan yeganə övladı mənəm. Anamdan sonra da bir arvad alıb ondan da bir qızı var. Onun da necə həyat yaşadığını instagram səhifəsinə daxil olanda görmək olar. Atam uşaqlara çox zülüm verib. Oğlanlarının Alatava qəsəbəsindəki evini satdı. Onlar uşaq olanda araq almaq üçün dükana göndərərdi. Araq almayanda da uşaqları döyərdi Belə ki, onlara cəza olaraq su dolu vedrələri başlarında saxlatdırardı”.
O, atası və bibiləri haqqında söylədiklərini populyarlıq üçün etmədiyini bildirib:
“Mən əgər bunu populyarlıq üçün etsəydim 24 yaşımda edərdim. Məşhurluq qazanmaq üçün lazım olsa başqa yola da düşərdim. Amma etmədim. Çünki bunlara ehtiyacım yoxdur. Sadəcə olanları dedim ki, hamı bu məsələni bilsin”.