“Made in Azerbaijan” biznes ideya müsabiqəsi 2019

596

BİA.az Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında növbəti “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir.

Qaliblər müsabiqənin sponsoru olan “Kapital Bank” ASC tərəfindən pul mükafatı qazanacaqlar. Müsabiqədə 1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafat əldə edəcək.
Finala çıxan komandalara Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 3 günlük mentorluq və digər təlimlər keçiriləcək.

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qrafiki aşağıdakı kimidir:

§  16 aprel-5 may – Biznes ideyaların qəbul edilməsi;

§  6 may- 12 may – Təqdim edilən biznes ideyaların Ekspert Şurasıtərəfindən dəyərləndirilməsi və 5 finalçının müəyyənləşdirilməsi;

§  14 may-16 may – Finalçılara mentorluq və təlimlərin keçirilməsi;

§  20-23 may – Final mərhələsi və mükafatlandırılma;

§  Finala çıxmış biznes ideyaların təqdimatı və münsiflər heyəti tərəfindən 3 qalibin müəyyən edilərək mükafatlandırılması.

Biznes ideyalar təqdim edilməsi barədə tələblər:

§  İdeyaların Sərəncama və müsabiqənin missiyasına uyğunluğu;

§  Modern, orijinal, kreativ və aktual yanaşma;

§  Layihənin daxili bazarda tətbiqinin reallığı;

§  Layihənin formatı (esse, təqdimat, video-çarx və digər);

§  Sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı.

Biznes ideyaları 5 may 2019-cı il tarixinə qədər biznesideya@unec.edu.az e-mail ünvanına göndərilə bilər.

Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezindenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.