Qaradağda müşavirə keçirilib

627

 

BİA.az Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Dövlət Sularda Xilasetmə Xidməti ilə birlikdə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, mövcud problemlər və həlli yolları” mövzusunda müşavirə keçirib.
Müşavirədə Bakı Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin, Qaradağ Rayon İcra Hakimiyyətinin, bələdiyyələrin nümayəndələri, çimərliklər, kənarlarında yerləşən ictimai iaşə obyektlərinin sahibləri, rayonun idarə, müəssisə və aidiyyəti təşkilatların rəhbərləri iştirak etmişlər.
Müşavirəni giriş sözü ilə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasov açaraq, Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri və yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydalarının vacibliyini vurğuladı. Dövlət Sularda Xilasetmə Xidmətinin Kiçikhəcmli Gəmilərə nəzarət bölməsinin əməkdaşı Müvəssəl Allahverdiyev “Yay çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması”, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Kamal Mirzəyev “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, rayon Təxirəsalınmaz Təcili Tibbi yardım Stansiyasının baş həkiminin müavini Tahir Alıyev “2017-2018-ci illər üzrə müqayisəli statistika üzrə Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”,  rayon Gigiyena və Epidimiologiya Mərkəzinin bölmə müdiri Mürvət Abduləzizov “Dəniz suyunun təmizlik vəziyyəti”,  Rayon Polis İdarəsinin əməkdaşı Cavidan Rəhmanova “Çimərlikdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzusunda geniş çıxış etdilər.
Həmçinin şəhərin çimərlik mövsümünə hazırlıq vəziyyəti ilə əlaqədar məlumat verilib, eyni zamanda, FHN-in fəaliyyət istiqamətləri haqqında sənədli film və Dövlət Sularda Xilasetmə Xidmətinin videoçarxı nümayiş etdirilib.
Bakı Regional Mərkəzinin rəis müavini general-mayor Kamil Bağırov tədbirə yekun vuraraq Qaradağ rayonu ərazisində yerləşən çimərliklərdə mövcud problemlər təhlil olunub, çimmək üçün qadağan edilən yerlərə aidiyyəti orqanların nəzarətinin gücləndirilməsi və həmin yerlərdə qadağanedici işarələrin yerləşdirilməsinin vacibliyi bildirdi.