BİA.az Litvanın Rusiyadakı səfiri Ryamiqiyus Motuzas geri çağırılıb.
Bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Səfirimiz ötən gün məsləhətləşmələr üçün geri çağırılıb”, – XİN-dən bildirilib.
Litva XİN səbəb kimi səfir və səfirlik əməkdaşlarının ünvanına təhdid xarakterli elektron məktubların daxil olmasını göstərib.
Səfirin bir həftə müddətinə geri çağırıldığı qeyd olunur.