BİA.az Koreyanın paytaxtı Seul şəhərində DYƏT Baş Direktorlar Konfransının XXXIV iclası keçirilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, iclasda 2018-ci il üçün yük daşımaları üzrə DYƏT Komissiyasının fəaliyyət nəticələri, 2018-ci ildə İnfrastuktur və hərəkət heyətləri üzrə DYƏT Komissiyasının fəaliyyəti, DYƏT-in kodlaşdırma və informatika üzrə Daimi İşçi Qrupunun fəaliyyəti, birbaşa dəmir yolu bağlantısına dair Konvensiyanın layihə mətninin qəbul edilməsi, dəmir yolu daşımalarında peşəkar təhsil/təlim üzrə Müvəqqəti İşçi Qrupunun işinin gedişatı, Baş Direktorlar Konfransının iclaslarının 2020-ci və sonrakı illər üçün keçirilmə yerlərinin ardıcıllığı, DYƏT Baş Direktorlar Konfransının XXXV iclasının ilkin gündəliyi, keçirilmə tarixi və yeri haqqında məsələlər müzakirə edilir.
Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Yekunda müvafiq sənədlərin imzalanması nəzərdə tutulur.