HEYDƏR ƏLİYEV – MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ BANİSİ

357

HEYDƏR ƏLİYEV  – MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASININ BANİSİ

Heydər Əliyev!  Dünya şöhrətli siyasət adamı, Azərbaycan xalqının böyük  oğlu, bütün cahan dövlət başçılarının daima hörmət və ehtiramını qazanmış  güclü lider, öz ağlı, uzaqgörən siyasəti ilə tarixə öz imzasını goymuş nəhəng insan, sadəliyi və səmimiliyi ilə xalqın sevimlisinə çevrilən sadə Azərbaycanlı, usağla uşaq, böyüklə böyük olmağı bacaran əsl insanlıq nümunəsi, bu günün, dünənin və sabahın lider partiyası olan yeni Azərbaycan partiyasının yaradıcısı. …. Azərbaycan əlifbasının bizə verdiyi bütün imkanları səfərbər edib bu sıralamanı çoxx uzada bilərik ki, bu şəxsiyyəti anlada bilək. Görkəmli dövlət xadimi olan Heydər Əliyevin dünya dövlətçilik tarixində ilk dəfə olaraq Ümummilli Lider statusu qazanan dahi şəxsiyyətdir.Ulu öndır Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi siyasi sıanqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararqq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Mu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbayvanlının şərəfli vəzifəsidir. Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Ümummilli lider hakimiyyətə gəldiyi ilk illərdən Azərbaycanın gələcəyi üçün dilimizi, mənəviyyatımızı, milli-mənəvi dəyərlərimizi, ənənələrimizi qoruyub saxlamağın vacibliyini mühüm şərt kimi qarşıya qoydu.  Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc dövlətin siyasi və iqtisadi əsasları yaradıldı, eyni zamanda, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideya – azərbaycançılıq ideologiyası təşəkkül tapdı.

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə dövlət başçısı İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir.

Heydər Əliyev özünün gərgin əməyi, uğurlu daxili və xarici siyasət strategiyası ilə ölkəmizin iqtisadi inkişafının, daxili siyasi sabitliyin və əmin-amanlığın, milli-mənəvi dəyərlərə qayıdışın, bu dəyərlərin qorunması və təbliğ edilməsinin rəhninə çevrildi. Prezident İlham Əliyevin 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. Bəli,Heydər əLiyev fenomeni zaman və məkan anlayışının fövqündədir. Yəni onun dövlətçilik irsi və parlaq ideyaları hər zaman-bütün dövrlər üçün aktualdır. Heydər Əliyev ideyaları həm xalqımızın mənəvi-siyasi sərvəti, həm də Azərbaycan dövlətinin inkişafını, xalqımızın xoşbəxt gələcəyini təmin edən dəyərlər sistemi kimi müstəsna əhəmiyyətə malikdir. Ulu öndərin ideyaları, eyni zamanda, milli həmrəyliyi təmin edən, dünya azərbaycanlılarını vahid məqsəd ətrafında -Azərbaycan naminə birləşdirən məfkurədir. Ümummilli liderin siyasi irsi dövlətçilik konsepsiyasıdır.  Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrü və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir. Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevrilmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyünü rəmzidir. Onun işıqlı xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. “Heydər Əliyev ili” müstəqil Azərbaycan dövlətinin Heydər Əliyev ideallarının işığında qazandığı parlaq nailiyyətlərin bütün dünya qarşısında möhtəşəm hesabatı ili olacağına əminlik yaradır. Bir dövlət nümayəndəsi olaraq əminəm ki, “Heydər Əliyev ili” Azərbaycanda müstəüil dövlətçilik ideallarının təntənəsi ilinə çevriləcəkdir. Bu, həm də ümummilli lider Heydər Əliyevin əbədiyaşarlığınım təntənəsi deməkdir. Bir dövlət nümayəndəsi olaraq əminliklə deyə bilərəm ki, bundan sonra da ulu öndərin yüksək amallarına daim sadiq qalaraq dövlətimizin hərtərəfli tərəqqisi naminə ölkə Prezidentinin ətrafında sıx birləşərək var-qüvvəmizlə çalışmaq əzmində olacayıq. “Heydər Əliyev ili” çərçivəsində respublika səviyyəsində və ölkəmizin hüdudlarından kənarda vətəndaşlar üçün keçiriləcək tədbirlər Heydər Əliyev şəxsiyyətinin dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun daha dərindən tədqiq olunması, onun ideya-siysdi xəttinin, zəngin dövlətçilik irsinin və əbədi yaşar ideyalarının yeni nəslə aşılanması, gənc nəslin milli-mənəvi dəyərlər əsasında, vətənpərvərlik və dövlətə sədaqət ruhunda yetişməsi və bütövlükdə müasir müstəqil Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlət nümayəndəsi olaraq ən böyük vəzifəmiz dahi Heydər Əliyevin ətrafında sıx birşlərək, ona layiqli yardımçı olmaqdır. Mayın 10-u müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Ulu öndərin xalqımız və dövlətimiz qarşısında müstəsna xidmətləri daim yüksək fəxr hissi ilə qeyd olunacaq, əziz xatirəsi hədisz məhəbbətlə və böyük ehtiramla anılacaq. Ulu öndərin əziz xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.

Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevi anadan olmasının 100-cü ildönümü ilə əlaqədar hörmətlə və minnətdarlıqla anırıq. Əbədi yaşar lider xalqı üçün etdiyi bütün fədəkarlıqları ilə hər zaman qəlbi Azərbaycanla döyünən bütün azərbaycanlıların qəlbində ən xoş duyğularla yaşayacaq.

Vidadi Əhmədov

Tovuz Turan futbol klubunun qurucusu,

Xeyriyyəçi iş adamı