“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb

155

“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyi adından Türkiyədə depremdən əziyyət çəkən insanlara ərzaq sovqatları çatdırıb

“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin Türkiyə Respublikası üzrə nümayəndəlik sədri Natəvan Şadlinskaya təşkilat adından Türkiyədə baş verən zəlzələ nəticəsində əzizlərini və evlərini itirən ailələrə ərzaq sovqatları çatdırıb. Təşkilat adından keçirilən yardım aksiyasına şəhid anaları da öz dəstəklərini veriblər. Bundan əlavə Birliyin rəsmi təmsilçisi Natəvan Şadliniskaya Xeyriyyəçi iş adamı “Palmali Holding”in prezidenti Mübariz Mənsimovla görüşüb.

“Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı helikopterin qəzaya uğraması nəticəsində şəhid olan pilot Xəyyam Əliyevin adını daşıyan gəmi dünya sularına yola salınıb. “Palmali Holding” tərəfindən təşkil olunan mərasim Türkiyənin Yalova şəhərindəki Boğaziçi tərsanəsində baş tutub. Mərasimində iştirak edən Natəvan Şadlinskaya həm öz adından və həm də Birlik sədri Yasəmən Qəyyumlunun adından Mübariz Mənsimova və əməyi keçən hər kəsə təşəkkür edib . Şəhidin adını daşıyan Gəminin dünya sularına yola salınma mərasimdə “Palmali Holding”in prezidenti, xeyriyyəçi Mübariz Mənsimovun dəvəti ilə Türkiyəyə dəvət olunmuş Xəyyam Əliyevin ailə üzvləri, şəhid ailələri, Türkiyəli iş adamları, media mənsubları iştirak ediblər.

 

Fərid Səfərov

Birliyin mətbuat katibi