Türk və dünya tarixində şərəfli yer tutan şəxsiyyət

451

Türk və dünya tarixində şərəfli yer tutan şəxsiyyət

Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Tarixini bu möhtəşəm Qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi.

44 günlük Vətən müharibəsində qazandığımız  zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq, məğlubiyyət damğasını üzərimizdən götürdük. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi. Bu qələbənin altındakı imzanın müəllifi isə İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusudur.  44 günlük Vətən müharibəsi də ilk gündən müasir döyüş imkanlarından istifadə edən Azərbaycan Ordusunun müzəffər yürüşü ilə yadda qaldı.

 Müzəffər Ali Baş Komandan, Siz 44 günlük müharibə ilə təkcə torpaqlarımızı işğaldan azad etmədiniz, həm də Azərbaycan xalqının tapdanmış qürurunu, mənəviyyatını özünə qaytardınız. Siz uzaqgörən siyasətinizlə düşmənlərimizə və dünyaya diplomatiya dərsi verdiniz. Siz böyük sərkərdə olaraq dünya hərb tarixinə yeni səhifə yazdınız.

Azərbaycan dövləti və xalqı Sizi həmişə uca tutacaq, Sizin adınız əsrlər boyu yaşayacaq.

Ulu Öndərimiz 1993-cü ildə müstəqil dövlətimizi məhv olmaqdan xilas etdi. Dövlətçiliyimizi möhkəm təməllər üzərində qurdu, Siz isə onu daha da inkişaf etdirib Qələbəyə apardınız. Bu gün Azərbaycan Sizin sayənizdə dünyada tanınan, hörmət edilən qüdrətli bir dövlətdir. Biz Sizinlə fəxr edirik. Siz “dəmir yumruğunuzla” düşmənin başını əzdiniz. Həm də bu dəmir yumruq dünya azərbaycanlılarını səfərbər edib birləşdirdi. Siz dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi kimi ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməklə Azərbaycan dövlətçiliyinə və xalqına əvəzsiz xidmətlər göstərdiniz. Son 200 ilin ən şanlı zəfər tarixini yazdınız. Ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz.

 Müzəffər Ali Baş Komandan, Siz müdrik siyasətiniz və haqlı mübarizəniz nəticəsində qazandığınız möhtəşəm qələbə ilə adınızı qızıl hərflərlə tarixə yazdınız. Siz bir daha dünyaya Azərbaycanın güclü dövlət olduğunu göstərdiniz. Bunun üçün Sizə təşəkkürümüzü bildiririk. Doğum günü münasibəilə sizə möhkəm can sağlığı, uzun ömür arzu edirəm. Azərbaycan xalqı tam olaraq Sizin arxanızdadır, Sizinlə qürur duyur. Bu çətin, lakin şərəfli işinizdə Sizə və rəşadətli ordumuza uğurlar arzulayırıq.  

Uca Allah Sizə və müzəffər Ordumuza yar olsun!

 

Rafael Mehrəliyev

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi