Bakı şəhəri Ümumi Şəhər Qəbristanlığında abadlıq işləri Musa Mirzəzadənin rəhbərliyi altında geniş vüsət alıb

463

Bakı şəhəri Ümumi Şəhər Qəbristanlığında abadlıq işləri Musa Mirzəzadənin rəhbərliyi altında geniş vüsət alıb

Müşahidələrimiz nəticəsində bəzi vəzifə sahibləri işlərinin öhdəsindən gələ bilmirlər. Lakin, elə insanlar da var ki, rəhbər vəzifəyə təyin olunandan sonra özünün ehtimadını yüksək səviyyədə qazanır. İşinin, peşəsinin öhdəsindən layiqincə gələ bilir. Bu şəxslərdən biri də Ümumi Şəhər Qəbristanlığa rəhbər seçilən Musa Mirzəzadədir. Musa müəllim seçiləndən sonra qəbristanlıqda abadlıq işləri, təmizlik işləri göz oxşayandır. Yaxınlarının məzarlarını ziyarətə gələn insanlar bu cür təqdirə layiq işləri bəyənərək minnətdarlıq edirlər.

Ümumi Şəhər Qəbristanlığının rəhbəri Musa Mirzəzadənin təşəbbüsü ilə qəbrstanlıqda abadlıq işləri aparılmış, ağaclar budanmış və məzarlığın hər bir sektorda təmizlik işləri aparılmışdır. Apadığımız araşdırmalar nəticəsində Ümumi Şəhər Qəbristanlığında rəhbəri Musa Mirzəzadə tərəfindən ərazidə mütəmadi olaraq abadlıq işləri həyata keçirilir. Musa müəllim vətəndaşların müraciətlərini nəzərə alaraq, qəbristanlıqdakı ara yolların təmizlənməsi və buraya gələn vətənaşların rahatlığı üçün oturacaqların yaradılması bir növ vətəndaş xidmətinin əsl nümunəsidir. Hazırda məzarlıqda olan hər kəs qəbirstanlıqda dəfn olunan qohumlarını ziyarət edərkən heç bir çətinlik çəkmir, həm də səliqə-səhmandan razılıq edirlər. Onu da əlavə edək ki, Musa müəllim qısa zamanda burda işləməsinə baxmayaraq əsl işinin peşəkarı kimi yüksək səviyyədə vətəndaşlara xidmət edir.

Bizdə redaksiyamız adından Musa Mirzəzadəyə vətənaşlara göstərdiyi xidmətinə və qəbristanlıqda apardığı abadlıq işlərinə görə minnətdarlıq bildiririk.

 

Şahmar Zərdabi

Baş redaktor