Bir tikə çörəyə qurban gedənlər – Tikintidə təhlükəsizlik qaydalarına riayət edilmir

391

Bir tikə çörəyə qurban gedənlər – Tikintidə təhlükəsizlik qaydalarına riayət edilmir

Tikinti mühəndisi Faiq müəllim – “Burda mənəm Bağdadda kor xəlifə” deyimini özünə əsas götürüb.

Hər il Azərbaycanda iş yerlərində, istehsalatda baş verən qəzalarda yüzlərlə insan həyatını itirir və ya müəyyən bədən xəsarətləri alaraq əlil olur. Buna səbəb təhlükəsizlik qaydalarına rayət olunmamaqdır, bunun da birbaşa məsuliyyətini mühəndis və rəhbərlik daşıyır. Bədbəxt hadisələr təəssüflər olsun ki, barəsində demək olar ki, hər gün məlumat yayılır. Bu isə bir daha sübut edir ki, ölkədə bəzi sahələrdə işçilərin təhlükəsizliyi kifayət qədər qorunmur.

Bu tikinti şirkətlərdən biri də təsadüfən yanından keçərək şahidi olduğumuz Masazır qəsəbəsində inşa olunmaqda olan hündürmərtəbəli tikilidə əks olunur. Bu tikintidə işləyən işçilərə nəzarət çox aşağı səviyyədədir. Kim necə gəldi, elə də işləyir. Heç bir təhlükəsizlik qaydalarına riayət edilmir. Tikinti gedən əraziyə yaxınlaşıb rəhbərliyə bu barədə iradımızı bildirmək istəyəndə ki, fəhlələr baş geyimsiz və təhlükəsizlik qaydalarına riayət etmirlər, lakin özünü mühəndis kimi təqdim edən Faiq adlı şəxs bizə bildirdi ki, mən özüm bilərəm kimi necə işlədirəm, heç kimdən qorxacağım bir şey yoxdur, gedin nə istəyirsinizsə edin, yazın. Gələni pullla susdurub yola salacağam.

Mənbədən aldığımız məlumata əsasən bu tikintidə işləyən işçilərin bəzilərinin əmək müqaviləsi və sığortası yoxdur. Buradan da belə çıxır ki, insanların həyatı bu tikintinin rəhbərliyinin heç vecinə də deyil.

Bu tikinti haqqında faha ətraflı sizi məlumatlandıracağıq.

https://www.youtube.com/shorts/bLIneAiZqX8