Xeyriyyəçi Tağıyevin adı ilə bağlı fabrik yox olmaq təhlükəsində – FOTO

403

Xeyriyyəçi Tağıyevin adı ilə bağlı fabrik yox olmaq təhlükəsində – FOTO

Hədəfdə qeyri-neft sektorunun inkişafıdır. Əsas diqqət isə pambıqçılığın inkişafına yönəlib, istehsalı artırmaq məqsəd kimi qarşıya qoyulub. Ötən il bir neçə min tona yaxın məhsul əldə edilib, bu il isə göstəricinin daha artıq tona çatdırılmasına çalışılır. Söhbət həm də yalnız pambığın becərilməsindən deyil, emalından sənaye istehsalına qədər olan prosesdən gedir.

Odur ki, ölkədə yeni pambıqtəmizləmə zavodlarının, toxuculuq müəssisələrinin tikilməsi gözlənilir. Hazırda isə 22 zavod fəaliyyətdədir və onların emal gücü bir neçə yüz min tondur. Həm pambıq lifinin, həm ip emalı, həm də parça emalı üçün yeni fabrik və zavodlar tikilməsinə ehtiyac var. Pambıq istehsalının artacağı, bir vaxtlar olduğu kimi, daha artıq milyon tona çatacağı halda isə yeni pambıqtəmizləmə zavodlarının, aidiyyəti müəssisələrin tikiləcəyi, köhnələrin isə bərpa olunacağı bildirilir.
Bu məqamda illər öncə on minə yaxın işçisi olan, hazırda isə vəziyyətindən çoxunun bixəbər olduğu Qafqazın ilk parça toxuculuq fabriki Hacı Zeynalabdin Tağıyev adına tikiş kombinatı yada düşür. Mövzu müzakirə olunar-olunmaz çoxları kombinatın fəaliyyətini dayandırdığını, binasının isə söküldüyünü dedilər.
Üz tutduq bir vaxtlar Bakının sənaye müəssisələri ilə zəngin ərazisi olan Əhmədliyə – Tağıyev adına kombinata. O kombinata ki, müstəqillik illərinin iqtisadi çətinliyindən belə üzüağ çıxıb, böhrana boyun əyməmişdi, minlərlə ailənin iş yeri idi.

H.Z.Tağıyev adına Bakı Toxuculuq Tikiş Birliyi – Tikiş Kombinatı kimi tanıdığımız müəssisənin rəsmi adı alaqapısında belə yazılıb.
İlk olaraq diqqətimizi çəkən birliyin girişindəki elan oldu. Elanın məzmununu bir cümlə ilə konkretləşdirsək, belədir: “Maaşlar müəssisə satıldıqdan sonra veriləcək”.
Elə buradan vəziyyət aydın olur, necə deyərlər, lələ köçüb yurdu qalıb. Ətrafa göz gəzdiririk. Hər yer uçulub, tökülüb, həyəti ot-ələf basıb, yaşıllığın quruyanı quruyub, qalanı da baxımsız vəziyyətdədir. Bura həm də sahibsiz itlərin məskəninə çevrilib.
Özünü birliyin qarovulçusu kimi təqdim edən kombinat barədə soruşuruq. Deyir, bura bağlı cəmi 3-5 nəfər qalıb ki, onlar da fabriklərin soküləcəyi günü gözləyirlər ki, heç olmasa, daşından, divarından nəsə əldə etsinlər: “O kişinin (H.Z.Tağıyevi nəzərdə tutur – red.) tikdirdiyi fabrik çoxdan xaraba qalıb. Ancaq soküntülərini görə bilərsiniz. Baxımsızlıqdan hər dəfə qar-yağış yağanda yerdə qalan hissəsi də uçub-tökülür. On ilə yaxındır işləmir bura. Yaxınlıqda Hacının dəyirmanı var, indi işləyib-işləmədiyini bilmirəm, amma binası hələ də “boy” verir. Deyəsən, ona toxunmayacaqlar. Hərə bir söz deyir, gah deyirlər sökülüb yerində bina tikəcəklər, gah da deyirlər park salınacaq. Gözləyirik”.
Qarovulçu ancaq kombinatın həyətindən sökülmüş binanın qalıqlarının şəklini çəkməyə icazə verir: “İçəridə işçilər var. Uçmuş otaqların böyür-başını düzəldib emalatxana, sex düzəldib çörək pulu qazanan adamlardı. Onsuz da yaxın vaxtlarda bir qərar veriləcək, heç olmasa onlar işləsin”.

Kombinatın kommunist rəhbəri

Birliyin aqibəti ilə bağlı H.Z.Tağıyev adına Toxucu Tikiş Sənaye Kombinatı ASC-nin sədri Rəfael müəllimə müraciət etmək istədik. Lakin Rəfael müəllimlə əlaqə saxlaya bilmədiyimiz üçün qaravulçudan bəzi informasiyanı əldə edə bildik. Müsahibimiz deyir ki, müəssisə 1995-ci ilə kimi tam gücü ilə işləyib: “Bura köklü, hərtərəfli fabrik olub. Hamıya məlumdur ki, burada çalışanların mənzil problemi olmayıb. Fabrikin özünün yataqxanası var idi, burada çalışanlara mənzil verilirdi, insanlar buradan yüksək maaş alırdı. Təəssüf ki, kombinat indiki vəziyyətə düşdü. 1992-93-cü illərdə ölkədə müharibənin ən şiddətli vaxtlarında, iqtisadi vəziyyətin ağır olduğu bir vaxtda burada 6 min nəfər 3 növbəli rejimdə çalışırdı, yüksək əməkhaqqı alırdı. Kətan, çit, pambıq parçalar, eksport üçün yüksəkkeyfiyytəli məhsul istehsal olunurdu…” .
Kombinatda 2020-ci ilə doğru istehsalın zəiflədiyini deyən rəhbəri bunu pambıqçılıqda məhsuldarlığın aşağı düşməsi ilə izah edir: “Əvvəl pambıq üçün əkin sahələri azaldı, sonra məhsul. Sonra da təbii olaraq istehsal zəiflədi.
Müsahibimiz deyir ki, kombinatın yenidən işə düşməsi real deyil, çünki bura müasir istehsal standartlarına cavab vermir.
Müsahibimiz binanın tarixi olmadığını və Hacıya məxsus tikililərin artıq sıradan çıxdığını deyərək bizi məyus edir.

Görəsən büdcədən bu fabrikə ayrılan maliyyə kimlərin cibinə axır? Daha ətraflı sizləri tanış edəcəyik.

Bizi izləyin.

Hafta.az