Xırdalanda falçı Məhəbbətin sərgüzəştləri

317

Xırdalanda falçı Məhəbbətin sərgüzəştləri

Bəşəriyyətin tarixi qədər qədim olan fala baxmaq ta qədimdən mövcud olub. Məlum olduğu kimi, axır vaxtlarda fala baxmaq, cindarlıq və baxıcılıq çox yayılıb. Amma biləndə ki, elmin və texnologiyanın inkişaf etdiyi bir dövrdə kimisə fala baxmaq adıyla aldadıblar, çox təəssüflənirəm. Çünki fala baxdıran insanlar qismən də olsa təskinlik tapırlar deyərdim. Yox, əsla belə deyil bəzi işbazlar insanların hissləri ilə oyanyıb onları aldadırlar.

Mənbədən verilən məlumata əsasən nə yaxın, nə uzaq paytaxta yaxın Xırdalan şəhərində adla tanınan Məhəbbət adında falçı insanları aldatmaqla onların pullarını mənimsəyir. Əslən Azərbaycanımızın dilbər güşələrindən sayılan, lətifəsi ilə hər kəsin ürəyinə yol açan qədim Şəki şəhərindəndir. Aldığımız məlumata görə Məhəbbət xanımın qapısında növbəyə duranlar çox olur. Giriş hər bir kəs üçün 20 manatdan hesablanır. Növəbsiz giriş də edə bilərsən çox yox üstə gəl 5 manat edir 25 manat. Məhəbbət xanım ağıllı xanımdır, deyin niyə? Çünki, girişinə elə bir qiymət qoyub ki, hamı yanına gələ bilsin. Ona görə də günü-bü gün qapısında növbə yaranıb, hətta gün ərzində vaxt tapmadığından növbəti günlərə siyahı tutur.

Məhəbbət xanım taleyi verən Allahdır. Allahın işinə qarışmaq olmaz. Pis əməllərdən, insanları aldatmaqdan əl çək. Deyilənlərə görə kiminsə bəxtini açmağı 200-300 manat civarında pul alır. Məhəbbət xanım insanların hisləri ilə oynayır. Görəsən Qafqaz Müsəlmanlar İdarəsi buna niyə göz yumur.Abşeron Rayon Polis İdarəsi bu qadın haqqında niyə ciddi tədbir görmür?

P.S. Məhəbbət haqqında şok faktlarla, video yazılarla sizi tanış edəcəyik.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.