“OSKAR” adlı məkanda açıq-aşkar insan alveri

343

“OSKAR” adlı məkanda açıq-aşkar insan alveri

“OSKAR” adlı məkanda açıq-aşkar insan alveri

Əxlaqsız əməllərin intensiv xarakter aldığı otellərdən biri də nə yaxın, nə uzaq Bakının düz mərkəzində Babək prospektində yerləşən “OSKAR” adlı məkandır.

Müşahidə etmisinizsə, Bakıda otel, ailəvi istirahət mərkəzi, sauna və motellərin sayı günü-gündən artır. Hər birimizdə ilk baxışdan elə təsəvvür yaranır ki, həmin obyektlər təyinatları üzrə fəaliyyət göstərirlər. Amma real mənzərə tamamilə başqa cürdür.  İnsanlar bir gecəlik və ya bir neçə saatlıq istirahət etmək üçün , öz məşuqələri ilə birlikdə həmin yerlərə üz tuturlar. Həmin yerlər hansı rayonun ərazisində yerləşirsə onların fəaliyyətindən də həmin rayonun polis idarələrinin rəisləri və əməkdaşları sozsüz ki, xəbərsiz deyillər.

İş vaxtından sonra, ələlxüsus da həftənin şənbə və bazar günləri həmin məkanların həyəti maşınlarla dolu olur. Əlbəttə, həmin məkan sahibləri harasa, kiməsə “haqq” verir ki, əxlaqsızlıq yuvasına çevirdikləri məkanlara dəyib, toxanan yoxdur. Yada ki, özləri dövlətin müəyyən qatında yüksək vəzifə sahibidirlər.Ona görə də polis həmin obyekti “vura” bilmir. Bunlardan biri də “OSKAR” adı altında fəaliyyət göstərən Babək prospektində yerləşən məkandır. “OSKAR” baxmayaraq ki, paytaxta yaxındır, amma ki, məkanın rəhbəri əslən Cəlilabaddan olan Ulduz adında şəxsdir. Ulduz adlı şəxs qurd ürəyi yeyərək məkanı əxlaqsız yuvasına çevirmişdir.

Müşahidələr apardıqda şahidi olduğumuz bir məqamı da nəzərinizə çatdırmaq istərdik ki, sözün qısası, bu gün də paytaxt Bakıda biznes adı altında mentalitetimizə zidd və milli-mənəvi dəyərlərimizə uyğun olmayan əməllər baş verir.
Məkanı “HƏRƏMXANA” sayılan “OSKAR” -da açıq-aşkar insan alveri ilə məşğul olurlar. Bunun üçün də bura giriş etmək kifayət edir. Ondan sonrasını özünüz şahidi olacaqsınız ki, burada nə hoqqalardan çıxırlar. Müşahidələrimizi lap yaxından etməli olduq, məkana daxil olub stolda əyləşdik, bizə “xanım” işçilər yaxınlaşaraq xidmətlərini saymağa başladılar. Bu “xidmət”lər içərisində bədənini satmaq xidməti varmış, yəni intim əlaqəsinin qiymətini açıq-aşkar təqdim etditimiz video rolikdə görüb və eşidəcəksiniz. Qiymət haqqı 65 manat. Maraqlıdır bu qiyməti Ulduz “bəy” özü təyin edib? Hər bir şeyi bir tərəfə qoyaq Ulduz adlı şəxsin qeyrəti buna necə imkan verir ki, Azərbaycan vətəndaşlarını uçuruma sürükləyir, dünyada QİDS-in geniş yayıldığı bir vaxtda bu məkanı virus ocağına çevirib.

Yaxşı, tutaq ki bu məkanı kimsə himəyadarlıq edir, bəs hüquq-mühafizə orqanları hara baxır? Niyə bu məkan haqqında ciddi tədbir görmürlər. Axı, biz demokratik, qanuni, müstəqil dövlətdə yaşayırıq. Vətəndaşlarımızın hüquqları Konstitusyamızın qanunları ilə qorunur.  Sonda hörmətli Daxili İşlər Nazirimiz, general-polkovnik Vilayət Eyvazovdan xahiş edirik ki, özü şəxsən bu məsələni nəzarətə götürsün və milli dəyərlərimizə zidd olan bu əməllərə son qoyulsun.
Otelin nümayəndəsi ilə əlaqə saxlayıb qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, bizə cavab verən olmadı.

Bu məkan haqqında daha geniş faktlarla sizi tanış edəcəyik.

Bizi izləyin…

Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Şahmar Zərdabi

Səhifəni hazırladı

https://www.youtube.com/shorts/GFuPag3AJ70