Biləcəridə meydanda qeyri-qanun fəaliyyət göstərən stomatoloji kabinet?…

237

Biləcəridə meydanda qeyri-qanun fəaliyyət göstərən stomatoloji kabinet?…

Mənbədən saxil olan məlumata əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi, Meydan deyilən ərazidə yerləşən, lakin obyektin üzərində adı bəlli olmayan stomatoloji kabinet fəaliyyət göstərir. Bu obyekti işlədən Amil adlı şəxsdir. Deyilənlərə görə bu şəxs texnologiyanın inkişaf etdiyi bir dövrdə və gigiyeniya xüsusi diqqət göstərilən bir vaxtda heç bir qaydalara düzgün riayət etmir. Bir müddət öncə Səhiyyə Nazirliyi obyekt sahibəlrindən lisenziya almağı tələb etmişdir. Bundan başqa, belə stomatoloji kabinetlərin əksəriyyəti gigiyenik qaydalara əməl etmir. Onlar ölkədə yayılan təhlükəli virusların, o cümlədən Hepatit C virusunun yayılma mənbəyidir. Stomatoloji kabinet istifadəyə verən hər bir həkim-stomatoloq öncə dövlət standartlarına uyğun fəaliyyət göstərməlidir. Xəstələrin rahatlığını və gigiyenik – avadanlıq cəhətdən standartlara cavab verməlidir.

Mənbənin məlumatına görə, Biləcəri qəsəbəsində Amil adlı şəxsə məxsus olan bu stomatoloji kabinetdən başqa xoşagəlməz işlərdən istifadə üçün də yararlanır.

Görəsən bu cür fəaliyyət göstərən stomatoloji kabinetlərə niyə ciddi nəzarət olunmur. Bu barədə aidiyyatı qürumlara məluma verməyi özümüzə borc bilirik.

PS:Bu obyektdən şok faktlarla sizləri məlumatlandıracağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…