Heydər Əliyev böyük tarixi şəxsiyyət idi

256

Heydər Əliyev böyük tarixi şəxsiyyət idi

Döyüş əmrini qələbəylə tamamladı!.. Onun qürurla dediyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamını gənclər zaman-zaman yaşam düsturu bilib. Bu gün də belədir.

Bu gün müstəqil Azərbaycanın layiqli vətəndaşları kimi Azərbaycan dövlətçiliyinin mühafizləriyik. Dövlətçiliyimizi sevirik, tariximizi sevirik və onu böyük  ehtiramla öyrənirik. Tarixini bilməyən yaxşı vətəndaş ola bilməz.

Tarixi günlər haqqında bilgilərimiz də bizim vətəndaş kimi formalaşmağımızda müstəsna rol oynayır. 15 iyun belə tarixi günlərdəndir. 1993-cü ilin 15 iyunun mahiyyətini hər bir gənc mükəmməl dərk edir. Qurtuluş Günü Azərbaycan dövlətçiliyində müstəsna əhəmiyyəti olan gündür, mahiyyəti 1991-ci ilin 18 oktyabrının mahiyyətini tamamlayan gündür.

Xalq sevdiyi rəhbərin ətrafında daha sıx birləşdi. Ulu Öndərin bir çağırışı ilə milyonlarla vətəndaş Prezident Administrasiyasının qarşısına toplaşdı. Bu dönməz birlik, bu yenilməz güc Heydər Əliyev şəxsiyyətinə böyük ehtiramın təzahürüydü. Dövlətçiliyimizə xor baxanlar, dövlətçiliyimizə düşmən kəsilənlər duydu və əmin oldu ki, rəhbərini belə sevən xalqın iradəsini əymək mümkün deyil. Azərbaycana sevgisi olan dövlətlər də, Azərbaycan dövlətçiliyini qısqananlar da gördü ki, Azərbaycan dövlətçiliyi bir daha təhlükələrlə üzləşməyəcək.

Ulu Öndər qısa müddətdə  dünyanın aparıcı dövlətlərinin diqqətini Azərbaycana cəlb etdi. “Əsrin müqaviləsi” kimi tarixləşən neft müqaviləsi imzalandı, ordu quruculuğunda əsaslı islahatlar aparıldı, yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq təmin edildi. Ulu Öndərin uğurlu xarici siyasətinin nəticəsiydi ki, Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev ön xətdə, səngərlərdə əsgər və zabitlərlə görüşdü, onlara dəyərli məsləhətlər verdi. Bu, Qurtuluş Gününün mənəvi işığı idi və şəxsi heyətin mənəvi-psixoloji hazırlığında olduqca əhəmiyyətli oldu.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin digər kəlamları kimi hər bir azərbaycanlının yaşam fəlsəfəsinin tərkib hissələrindən biri olan bir kəlamını da heç zaman unutmayacağıq. Ulu Öndər deyirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir…

Böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə ən böyük azərbaycanlı kimi anılacaq. Onun Azərbaycan sevgisi, Azərbaycana sevgisi biz gənclər üçün həmişə örnək olub. İstər SSRİ vaxtında, istərsə də Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycanın hərtərəfli inkişafına böyük diqqət yetirirdi. Sovetlər dönəmində Bakıda ümumittifaq əhəmiyyətli zavodların fəaliyyətə başlaması Azərbaycanın iqtisadi qüdrətini artırırdı, Azərbaycanın ədəbiyyat, mədəniyyət, incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi və s. xalqımızın bəşəri xalq kimi tanınmasında mühüm əhəmiyyətə malik olurdu.

Ən böyük azərbaycanlı kimi tanınan və sevilən dahi tarixi şəxsiyyət Heydər Əliyevin dövlətçilik dühası ilə dövlət quruculuğu möhkəmləndirilən müstəqil Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı, dünya dövlətləri arasında nüfuzunu daha da yüksəltdi. Bunun nəticəsi kimi “Əsrin müqaviləsi” imzalandı, dünyanın iri dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli müqavilələr imzaladı. Bu müqavilələr Azərbaycanın iqtisadi inkişafını da təmin etdi, dünya dövlətləri sırasında yerini də müəyyənləşdirdi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin qətiyyəti Azərbaycanı xaosdan xilas etdi, siyasi çəkişmələrə son qoyuldu.  İctimai-siyasi, sosial-iqtisadi və digər sahələrdə əsaslı dönüş yaradıldı ki, bunlar da özlüyündə Azərbaycan dövlətçiliyinin müstəqil, demokratik, dünyəvi, bəşəri dövlət kimi davam etdirilməsində möhkəm dayaqlara söykənən vəsilə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycan dövlətçiliyi daha dinamik inkişaf mərhələsindədir. Bu siyasət torpaqlarımızın işğaldan azad edilməsini də təmin edəcəkdir – danışıqlar baş tutmasa, Ulu Öndərin nizami ordu kimi formalaşdırdığı ordunun şəxsi heyəti Ali Baş Komandanın

Bütün Azərbaycan xalqını “Milli Qurtuluş Günü” münasibəti ilə səmimi qəlbdən təbrik edirik.

Xəqani Məmmədov 

Siyəzən rayon polis şöbəsinin rəisi,

polis-polkovniki