Azərbaycan polisi hər zaman asayişin keşiyindədir

248

Azərbaycan polisi hər zaman asayişin keşiyindədir

Hüquq-mühafizə sistemi müstəqil dövlətin ən mühüm təsisatlarından biridir. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə olunanda azad olur. Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim əsas götürülmüşdür. Tarixən mövcud olan klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə qədər olan bütün dövrlərdə mövcud dəyərlər həmişə həmin dövrə müvafiq olan hüquqla tənzimlənib. Hüquq-mühafizə sistemində polisin rolu isə həmişə xüsusi əhəmiyyət kəsb edib.

Şərəfli tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Bu gün asayişin qorunmasında polisin xüsusi xidmətləri yüksək dəyərləndirilməlidir. Ölkəmizin dünyada sabitlik adası kimi tanınması, nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirmək üçün məhz Azərbaycanı seçmələri təsadüfi deyil. Bu, dövlət başçısının müəyyənləşdirdiyi daxili və xarici siyasətin bəhrəsi, eyni zamanda, polisin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsinin bariz nümunəsidir.

Bu gün Azərbaycan xalqı Möhtərəm cənab Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Ölkə Başçısı xüsusi ilə vurğulamışdır ki, “Əlbəttə ki, ölkəmizin iqtisadi, hərbi potensialı, beynəlxalq nüfuzu Ermənistanla heç cür müqayisə oluna bilməz. Lakin bizim ən böyük gücümüz birliyimiz, həmrəyliyimizdir. Bu birlik və həmrəylik isə Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, məqsədyönlü siyasət nəticəsində formalaşıb və möhkəmlənib”.
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Arzu Rzayevdir.
Kürdəmir RPŞ-nin rəisi Arzu Rzayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Arzu Rzayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Arzu Rzayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Arzu Rzayevdən danışdılar yaxşı ki, Arzu Rzayev Kürdəmir RPŞ-nin rəisi təyin olunub… Arzu Rzayev öz isguzarlığı ilə tanınır və seçilir….
Arzu Rzayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Arzu Rzayevu heç vaxt əqidəsindən döndərə bilməz.

Bizdə redaksiyamızın kollektivi adından Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Arzu Rzayevə şərəfli işində uğurlar arzu edirik.

 

Şahmar Zərdabi

Təsisçi-baş redaktor