“NEAPOL” Otel, yoxsa əxlaqsızlıq yuvası? – İDDİA

333

“NEAPOL” Otel, yoxsa əxlaqsızlıq yuvası? – İDDİA

Redaksiyamıza daxil olan məlumata əsasən, «NEAPOL» otelində bir çox xoşagəlməz faktlar qeydə alınıb. Bu otel Bakı — Sumqayıt şossesinin 14-cü km-də yerləşir. Bakı şəhərindən aralı və həmin zaman şəhərin kommersiya və sosial rayonlarının arasında rahat yerləşməsi, «NEAPOL» oteli üçün çox sərfəli “iş” qurmağa sövq edir.

Əslində bəzi işbazlar otel adı altında əxlaqsızlıq yuvası işlədirlər. İnsan alveri ilə məşğul olan bu insanlar nəyə və kimə güvənirlər? Yoxsa yaşadığımız demokratik, qanun dövlətimizin qanunlarını saymırlar?

Son vaxtlar ölkədə insan alverinə və əxlaqsızlıq yuvalarının saxlanmasına qarşı ciddi mübarizə tədbirləri aparılır. Artıq bu illər ərzində Bakıda bir neçə əxlasızlıq yuvası aşkarlanaraq ifşa olunub, onlar haqqında qanunla müvafiq tədbirlər görülüb. Lakin bütün bunlara baxmayaraq təəssüf ki, bu cür problemlər hələ də mövcuddur. Bu cür obyektlərdən gələn bəlaların isə cəmiyyətdə hansı fəsadlar törətdiyi dəfələrlə müzakirə olunub. Belə ki bir çox dəri-zöhrəvi və yoluxucu xəstəliklər məhz bu tip obyektərdən yayılmağa başlayır. Bu obyektlər isə həmişə hanısa məmurların himayəsində olur.
Etibarlı mənbələrdən redaksiyamıza belə bir obyekt barədə məlumat daxil olub.

Mənbənin verdiyi məlumata istinadən həmin obyektlərdən biri də “NEAPOL” oteli haqqında sizlərə təqdim edirik:

Burada da xidmətçilərin azyaşlı qızlar olduğu bildirilir. Ən əsası isə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən bu obyekt buraya gələnlər isə hər şeyi açıq-aşkar görə bilirlər. Obyekt sahibi heç kimdən çəkinmədiyini bildirir. “NEAPOL” oteli digər otellərdən “fərqləndirən” əsas və ən acınacaqlı məqam ondan ibarətdir ki, burada xanımlar da otaqlarla birlikdə müştərilərə təklif olunur. Təəssüflə qeyd etmək istəyirəm ki, 18 yaşdan aşağı uşaqlar da bu bataqlığa sürüklənirlər.

Otel kimi fəaliyyət göstərən əxlaqsızlıq yuvalarındakı əsl mənzərəni çəkib göstərmək təhlükəli olduğu üçün içəridən çəkiliş apara bilmədik.
Əgər əvvəllər bu cür otellər şəhərin mərkəzində fəaliyyət göstərirdilərsə, bu gün artıq ətraf yerlərə də yayılıb.

Sonda bir daha bildirək ki, bu məlumatlar etibarlı mənbələrdən verilib. Onu da qeyd edək ki, mənbə bu obyektlərə himayədarlıq edən məmurlardan bir neçəsinin adını bizə bildirib. Həmin mövzuda araşdırmalarımız davam edir. Yaxın günlərdə həmin məmurların adlarını açıqlayacağıq.

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

P.S. İnanırıq ki, bu yazılara hüquq-mühafizə orqanları münasibət bildirməklə yanaşı, sözügedən və əxlaqsızlıq yuvası kimi hallandırılan obyektin fəaliyyətləri barədə qanuni ölçü götürəcəklər.