Çünki Bizon-la enerji bitmir, həyat bütün enerjisiylə davam edir

318

Çünki Bizon-la enerji bitmir, həyat bütün enerjisiylə davam edir

“Avrora Qrup” distribüter şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.

“Avrora Qrup” hal-hazırda qida sektorunda ölkəmizin ən aparıcı distribüter şirkətlərindən biridir. Beynəlxalq şirkətlərin, zavod və fabriklərin etibarlı partnyoru olan “Avrora Qrup”un portfoliosuna “Danone”, “Ehrman”, “Arla”, “Rolton”, “Hochland”, “Heinz” “Pernod Ricard”, “Diageo”, “Carlsberg”, “Jagermeister”, “Gruppo Campari”, “Brown Forman”, “Bacardi Limited” və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribüter fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və  Saatlıda filialları fəaliyyət göstərir. “Avrora Qrup”un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. “Avrora Qrup” distribüter şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir.

2001-ci ildə “Avrora Qrup” fəaliyyət istiqamətlərini genişləndirərək bazarda həm də istehsalçı şirkət kimi tanınmağa başlamışdır. Şirkətin istehsalat sahələrini özündə birləşdirən “Avrora Sənaye Parkı”nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksit fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə Avstriyanın “Buhler”, “Franz Haas”, İtaliyanın “İmaforni”, “CFT”, “Fava”, “Ricciarelli”, “Landucci”, Almaniyanın “KRONES” və digər avadanlıqlar quraşdırılmışdır. Bu fabriklər İSO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və İSO 9001:2015 Keyfiyyətin İdarəedilməsi Sistemi əsasında fəaliyyət göstərir. Qeyd olunan fabriklərdə Doymak, Lafarella, Günaydın, Tanelli markalı makaronlar, Doymak və Günaydın markalı unlar, Bizon, Berg Glucose, Berg Skyline qazlı vitaminləşdirilmiş içkilər, GO və Stolichnaya spirtli kokteyllər, Çinarlı süfrə suyu, Kreki krekerləri, Sladena və Barovski peçenyeləri, Lafarella və Sladok vafliləri və digər brendlər istehsal olunur.

“Avrora Qrup” ixrac imkanlarını genişləndirərək Azərbaycan iqtisadiyyatına da öz töhfəsini verməkdədir. Şirkət istehsal etdiyi məhsulları Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İraq, Türkmənistan, Gürcüstan, Liviya və digər ölkələrə ixrac edir.

Avrora Qrup spirtli və qazlı içkilər, ət, süd, un və qənnadı məhsulların distribyutorudur. Azərbaycanın 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.

Əsas müştərilərimiz:

Pərakəndə;

HoReCa;

Sub distribyutorlar.

BİZİM ƏSAS ÜSTÜNLÜKLƏRİMİZ

Brendlərin inkişafı və müştəri loyallığının formalaşdırılması sahəsində geniş təcrübəsi olan güclü marketinq və PR departamentimiz var;

BTL, ATL, tədbirlər həyata keçirən komanda və dizayn studiyası;

İnnovativ marketinq kampaniyaları planlayan və həyata keçirən əməkdaşlar;

Logistik mərkəzimiz məhsulların satış məntəqələrinə vaxtında çatdırılmasını təmin edir;

22835 kvadrat metr ümumi anbar sahəsi;

Qlobal içki və qida brendlərinin və istehsalçılarının eksklüziv distribyutoruyuq.

“Avrora Qrup”un əsas üstünlüklərindən biri yerli və beynəlxalq standartların ən yüksək tələblərinə cavab verən istehsal sahəsi qurmasıdır. Bütün istehsal xətləri Abşeron yarımadasında – Hökməli Sənaye Mərkəzində yerləşir. Bu istehsal olunan məhsulların ölkənin bütün nöqtələrinə çatdırılması və logistika proseslərinin maksimal effektli olmasını təmin edir. Məhsulların keyfiyyətini istehsalda dünyanın aparıcı texnologiyaların istifadəsi təmin edir. Sənaye Mərkəzində fəaliyyət göstərən zavodlarda İsveçrənin “Buhler”, İtaliyanın “İmaforni”, “CFT” avadanlıqları qurulmuşdur. Bundan başqa makaron fabrikində İtaliyanın “Favo”, vafli zavodunda Avstriyanın “Frans Haaz” şirkətinə məxsus avadanlıqlar qurulmuşdur.

Biz yalnız yeni texnologiyalardan istifadə edirik və istehsal proseslərini daim təkmilləşdiririk. Həm son məhsul, həm də istehsal proseslərinin keyfiyyət nəzarəti dəqiqliklə həyata keçirilir və məhsullarımızın mükəmməlikliyini təmin edir.

Enerji içkiləri

Avrora Qrup eyni zamanda qazlı içki bazarında da istehsalçı kimi tanınır. Şirkət 2014-cü ildə yeni istehsal sahəsini – energetik içki istehsal edən zavodu istismara verdi. Bu zavod İtalyanın CFT avadanlıqları əsasında qurulub. Zavodun istismara başlaması ilə Avrora Qrup Bizon, Berg, Jaquar, Go brendləri ilə ölkəmizdə qazlı içki bazarında ön sıralara gəldi. Bu zavodda həmçinin Çinarlı süfrə suyu brendi də istehsal olunur.

Bizdə Redaksiya olaraq “Bizon” enerji içkiləri şirkətinə gələcək işlərində uğurlar arzulayırıq.