TƏBRİK EDİRİK!!!

345

TƏBRİK EDİRİK!!!

Müstəqil Demokratik, suveren Azərbaycan respublikasının qurucusu və banisi dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri Yeni Azərbaycan Respublikasının Prezidenti, iki əsrin sərkərdəsi, Ali Baş Komandan İlham Əliyevin beynəlxalq diplomatik fəaliyyəti ilə Azərbaycanın haqq səsini bütün dünyaya bəyan edərək Qarabağ torpaqlarını müzəffər Azərbaycan ordusunun döyüşkənlik qabiliyyəti ilə Qarabağ torpaqları işğaldan azad olundu. Çətin bir işin öhdəsindən gələn böyük Azərbaycan oğlu Prezident İlham Əliyev ata nəsihətini, ata vəsiyyətini yerinə yetirərək Azərbaycan xalqını dəmir yumruq altında birləşdirərək dövlətinin birlik, möhkəmlik, döyüşkənlik əzmini nümayiş etdirərək yeni vahid Azərbaycan bütövlüyünü yaratdı. Azadlığa qovuşan Qarabağımızın tacı Şuşada bahar tonqalı alovlandı. Bu alovdan çıxan hər bir qığılcım böyük alova çevrilərək Azərbaycan haqqında məkirli fikirdə olan iri dövlətlərin niyyətini yandıraraq külə çevirib düşmənin sinəsinə dağ çəkdi. Uğur, qalibiyyət, zəfər qazanan Yeni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün Türk dünyasının Ali ordeni ilə təltif olunması biz Azərbaycan xalqının fəxri və qürurudur. Biz Azərbaycan xalqı Sizinlə fəxr edirik!

Hörmətli cənab Prezident!

Milyonlarla Azərbaycan xalqına yaşatdığınız əvəzolunmaz sevinci Heydər Əliyev ideyalarına söykənərək möhkəm dayaqlar üzərində qərar tutaraq Siz hədiyyə etdiniz. Biz milyonlarla Azərbaycan xalqı da Sizi ömrünüzün altımışıncı baharı münadibəti ilə ən ülvi və xoş arzularla təbrik edir, bundan sonrakı fəaliyyətinizdə uğur, qalibiyyət və zəfər diləyirik. Hər zaman Azərbaycan xalqının başı üzərində şad, xürrəm və gümrah dayanmağınızı ürəkdən arzulayırıq.

Ad gününüz mübarək!

Əbülfət Qocayev

Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri 

 

Hacı Anar Novruzov

Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru