İnsanlara sevinc bəxş edən şəfalı əllər sahibi – Musa Abbasov

643

İnsanlara sevinc bəxş edən şəfalı əllər sahibi – Musa Abbasov

Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü səhiyyəyə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən həkim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu keçənlərdən biri də Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Musa Abbasovdur.

Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Musa həkim üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan Musa Abbasov həyata qaytardığı xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.

Musa həkimin tərcümeyi-halı haqqında qısaca məlumat vermək istəyirik: 2020-hal-hazırda – Mərkəzi Neftçilər Xəstəxanası, Bakı, Azərbaycan, Baş Direktor

2014-2020 – BONA DEA Beynəlxalq hospital, Bakı, Azərbaycan, Baş həkim / Baş direktorun müavini

2014 – Mərkəzi Klinika Xəstəxana, Bakı, Azərbaycan, Baş İcraçı direktor

2012 – 2014 – Mərkəzi Klinika Gəncə Diaqnostika Mərkəzi, Gəncə, Azərbaycan, Baş İcraçı direktor

2011-2014 – Mərkəzi Klinika Gəncə Xəstəxanası, Gəncə, Azərbaycan, Baş Həkim

2011-2012 – Mərkəzi Klinika Xəstəxanası (Mərdəkan filialı), Bakı, Azərbaycan, Baş Həkim

2009-2014 – Mərkəzi Klinika Ambulatoriya, Bakı, Azərbaycan, Baş Həkim

2003-2014 – Mərkəzi Klinika Xəstəxanası, Bakı, Azərbaycan, Həkim anestezioloq

2000-2003 – Müxtəlif özəl xəstəxanalar, Bakı, Azərbaycan, Həkim anestezioloq – reanimatoloq

1996-2000 – Dnepropetrovsk şəhər xəstəxanası, Ukrayna, Həkim anestezioloq – reanimatoloq

Təhsil və elmi dərəcələr:

2008-2013 – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan, Tibb Üzrə Fəlsəfə Doktoru

2008-2009 – Ankara Bayandır Xəstəxanası, Türkiyə, Anesteziloq (Kardio-anestezioloq)

1994-1995 – Ak. M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Azərbaycan, İnternatura (anestezioloq-reanimatoloq)

1988-1994 – Azərbaycan Tibb Universiteti, Azərbaycan, Müalicə işi

Təlim və konfranslar:

2017 – Xəstəxana e-İdarəetmə Sistemləri (İT, HIS), təlim, ABŞ

2012 – Avropa Anestezioloqlar Konqresi, Fransa

2010-2011 – Xəstəxana idarəetmə, təlim, Belçika

2010 – Xəstəxana idarəetmə, təlim, Almaniya

2009-2014 – Xəstəxana idarəetmə, təlim, Türkiyə (hər il)

Bu günədək həkim kimi fəaliyyət göstərən Musa həkim ikiqat məsuliyyətlə çalışaraq ona göstərilən etimadı doğrultmaq naminə elmin ən son nailiyyətlərinin tətbiqini, öz üzərində çalışmağı da unutmur. “Bütün sağlam adamlar həyatı sevərlər” söyləyən Musa həkim yaxşı bilir ki, xəstələrin qəlbini sevindirməyin, darda qalanların ehtiyacını ödəməyin ən yaxşı mükafatı həmin şəxsin sevincini birlikdə yaşamaqdır. Elə bu məqsəd naminə xəstələrinə xidmət göstərib: “İki şeyin qiyməti itirəndən sonra bilinir: cavanlığın və sağlamlığın” hikmətini dəfələrə sınaqdan çıxaran Musa həkim bildirir ki, insanı həyata bağlayan da elə cavanlıq və hansı yaşda olmasından asılı olmayaraq ən qiymətli nemət sağlamlıqdır.

Ona görə də çoxşaxəli və geniş həkimlik fəaliyyətində də daha çox insana həyat bəxş etmək, xəstəliyə, yeri gələndə ölümə qalib gəlmək üçün biliyə, təcrübəyə əsaslanıb, səhiyyəni inkişaf etdirərək böyük nailiyyətlərə imza atmışdır. Zəhməti isə hədər getməyib.

Həkim kimi ölkəmizdə gənc kadrların hazırlanmasında bilik və bacarığını əsirgəməyən Musa həkim deyir ki, həkimin evi xəstəxana, dövləti xəstələrin sağlamlığı, qazancı isə millətin məhəbbəti və ehtiramıdır:

Biri yalnız həyat, digəri gözəl, şərəfli həyat bəxş edir. Bu baxımdan həkimlik daha çox çox diqqət tələb edən peşədir.

Atalar məsəli var: “Sağ əl verdiyini, sol əli bilməməlidir”. Araşdırmalarımız nəticəsində bildik ki, Musa həkim dövlətini, xalqını sevən vətənpərvər ziyalıdır. 2020-ci ildə Dünya şöhrətli Liderimiz, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları “Dəmir Yumruq” adı altında torpaqlarımızız azadlığı uğrunda əks-hücum əməliyyatı başlayandan Musa həkimdə haqq-ədalət savaşında öz vətəndaşlıq borcunu yerinə yetirərək ordumuza, dövlətimizə öz mənəvi və maddi köməkliyini əsirgəməyib. İndinin özündə də Musa həkim xəstəxanaya üz tutan şəhid ailələri, Qarabağ qaziləri və kimsəsiz imkansız ailələrə öz hümanistliyini göstərərək əlindən gələn köməliyi göstərir.

Musa Abbasov – Şəfalı əlləri ilə yuzlərlə insanı həyata qaytarıb, xalq elçisi kimi ona üz tutanlara yardım edib, dərdlərinə şərik olub, sevinclərini bölüşüb. Musa həkimə bundan sonra da uğurlar , cansağlığı arzulayırıq. Ona “Şəfalı əllər” qədər”, əsrə bərabər yaşam sevinci diləyirik.

 

 

Şahmar Zərdabi

Təsisçi-baş redaktor