Tovuzlu Molla Fazilin sazla fala baxma fırıldaqları

765

Tovuzlu Molla Fazilin sazla fala baxma fırıldaqları

Dədə-babalarımızdan öyrəndiklərimiz odur ki, qopuz, saz müqəddəs musiqi aləti sayılır. Amma bəzi fırıldaqçı işbazlar müqəddəs sazımızla əyləncəli xarakter daşıyan fala baxır. Cəmiyyəti aldadaraq güya sazla bəxtlərini açıb, xoşbəxtlik nəsib edəcəkdir. Bunlarda biri də nə yaxın, nə uzaq Azərbaycanımızın dilbər güşəsi olan, sazın-sözün vətəni sayılan Tovuz elindən olan Molla Fazildir. Dəfələrlə xəbərdarlıq edilməsinə və maarifləndirmə işləri aparılmasına baxmayaraq XXI əsrdə hələ də falçılara inananlar var. Son zamanlar xüsusi ilə də qadınlar arasında cadugərlik və fala meyl artıb. Pulunu və vaxtını itirən belə insanlar aldadıldıqlarını biləndə isə gec olur. Falçılıqla məşğul olan insanlara qarşı nəzarət tədbirləri gücləndirilir.
Azərbaycanda son illər falçı və cadügərlərin sayı artıb.
Bunlardan biri də yuxarıda qeyd etdiyim kimi əslən Tovuzlu olan Molla Fazil özünü Allah adamı kimi göstərən, lakin insanları aldadaraq, külli miqdarda pullarını alıb güya onların həyatını, güzaranını yaxşılaşdıracağını vədlərini verib fırıldaqçılıqla məşğul olan Molla Fazil illərdir ki bu işlə məşğuldur. Demək olar ki, Azərbaycanın hər yerinə səsi-sorağı yayılıbdır. Molla dırnaqarası bacarığı ilə Azərbaycana səs salıb.  Araşdırmalarımızdan məlum oldu ki, Molla Fazil xüsusilə də qadınları aldadır, onlara güya, xoşbəxtlik bəxş edərək, başlarını aldadın pullarını alır. Yanına gələnlərin güya sənə cadü ediblər deyib külli miqdarda (500 – 1000 manat) pul alaraq insanları aldatmaqla məşğuldur. Hansısa fırıldaqçı, şarlatanın insanları fala baxmaq adı altında qəbul etməsi onların həyatını alt-üst edir. Araşdırmalar nəticəsində şahidi olduq ki, hətta evinin qabağında saatlarla növbəyə duranlar var.
Baxmayaraq ki, Molla Fazilin evi heç də Nərimanov Rayon Polis İdarəsinə uzaq deyil, görəsən  polis idarəsinin əməkdaşları niyə bu Mollanın bu cür əməllərinə göz yumurlar? Görəsən hüquq-mühafizə orqanlarına nə “vəd” verib?
İnsanların hissləri ilə oynayan Molla Fazil haqqında hüquq-mühafizə orqanlarına bu barədə məlumat verməyi özümüzə borc bilirk. Ətraflı növbəti sayımızda olacaq. Bizi izləməyi unutmayın.
Falçılarla qarşılaşan şəxslər isə aidiyyatı üzrə polis məntəqələrinə və dini qurumlarla iş üzrə dövlət komitəsinə müraciət edə bilər.