Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

303

Xeyriyyəçilik fəaliyyəti insanlara məhəbbətdən, bəşəri dəyərlərə hörmətdən doğmalıdır

Son illərdə Azərbaycanda xeyriyyəçilik intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başlamışdır. Bu isə xeyli dərəcədə Esmira xanım çox böyük səyləri və şəxsi təşəbbüskarlığı sayəsində mümkün olur. Esmira xanımın bu sahədə çoxcəhətli və yorulmaz fəaliyyəti yaxşı məlumdur və təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurmuşdur.

Əvvəl ondan başlayım ki, “xeyriyyəçilik” termini insanların şüurunda adətən şəfqət, başqasının halına yanma, ehtiyacı olanlara könüllü və təmənnasız kömək etmək kimi keyfiyyətlər və hərəkətlər barədə fikirlər yaradır.

Bu gün söhbət açdığım insan  öz xeyriyyəçilik işləri ilə tanınan, Azərbaycan qadını, vətənpərvər xanım Esmira xanımdı. Esmira xanım 2020-ci ildə sentyabr ayında başlanan 44 günlük  vətən müharibəsində də ordumuza dəstək kompaniyasında maddi  köməkliyini əsirgəməmişdir. Döyüşən oğullarımıza ərzaq sovqatı göndərməklə yanaşı, onlara isti geyimlər də göndərmişdir. Hal-hazırda Esmira xanım Şəhid ailələrinə, Qazilərə, kimsəsiz insanlara özünün maddi və mənəvi yardımını davam etdirməkdədir. Bütün bu xeyriyyəçilik ənənələrinin davamı kökdən gələn bir haldır. Esmira xanımın anası Elmira xanımda özünün xeyirsevər əməlləri ilə həmişə insanların qəlbində və şuurunda yer almışdır. Elmira xanım haqq dünyasına qovuşandan sonra bu ənənələri sevimli qızı Esmira xanım davam etdirir.

Esmira xanım xeyriyyəçiliyi qüvvəsini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. “Moskva” Ticarət Mərkəzində fəaliyyət göstərən ticarətçilərin rəğbətini yüksək  qazanmışdır. Hamı bir fikirlə onu özünün ən yaxın insanı  kimi qələmə verir. Bu  da onu göstərir ki, Esmira xanım  doğurdan da əsl Azərbaycan qadınına, Azərbaycan xanımına xas olan bir vətənpərvər ziyalıdır.

Esmira xanım müasir Azərbaycan respublikasının qurucusu və banisi olan Ulu Öndər  Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasətini həmişə dəstəkləmişdir.

Bir sözlə yaxşıya yaxşı demək insani borcumuzdur. Esmira xanıma bundan sonrakı fəaliyyətində  uğurlar arzu  edirik və uzun ömür can-sağlığ diləyirik.

 

Səhifəni hazırladı: Şahmar Zərdabi

Təsisçi və baş  redaktor