Tərtərdə 27 sentyabr Anım Günü şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib

267
Tərtərdə 27 sentyabr Anım Günü şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib
Tərtər rayon Şıxarx qəsəbəsi ərazisində şəhidlərin xatirəsinə yeni salınmış “Vətən bağı-Şəhidlər” parkında ağac əkmə aksiyası keçirilib.

DİA.AZ xəbər verir ki, aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Azərbaycanın ərazi bütövlüyü uğrundan canlarından keçən bütün Şəhidlərin xatirəsini anıblar.

İcra başcısı Müstəqim Məmmədov ağacəkmə askiyasında iştirak edən şəhid ailələri ilə söhbət apararaq, onların qayğıları ilə maraqlanıb. Bildirib ki, Vətən uğrunda döyüşlərdə igidlik göstərmiş şəhidlərimizin həyat yolu və qəhrəmanlığı hər bir gənc üçün örnəkdir.

Sonra ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib.

Şəhid ailələrinin üzvləri övladlarının əziz xatirəsinin yad olunması üçün təşkil olunan təqdirəlayiq tədbirlərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Aksiya çərçivəsində yeni salınmış parkda 3000 ədəd müxtəlif növ meyvə ağacı, 750 ədəd eldar şamı və 200 ədəd sərv ağacı əkilib.