Ev Cəmiyyət İcra başçısı Eldar Əzizovun töhmət verdiyi birinci müavinini İŞDƏN ÇIXARDI – FOTO

İcra başçısı Eldar Əzizovun töhmət verdiyi birinci müavinini İŞDƏN ÇIXARDI – FOTO

192
İcra başçısı Eldar Əzizovun töhmət verdiyi birinci müavininiİŞDƏN ÇIXARDI - FOTO

Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini İlqar Süleymanov vəzifəsindən azad olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Elxan Allahverdiyev əmr imzalayıb.

Qeyd edək ki, ötən il Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Binəqədi rayonunun qəsəbələrinin sanitar vəziyyəti, əhalini narahat edən problemlər və məişət tullantılarının vaxtında daşınması məsələlərinin araşdırılması məqsədi ilə monitorinq keçirilmişdi. BŞİH başçısı Eldar Əzizov rayondakı problemlərlə yerində tanış olduqdan sonra aşkarlanan nöqsanlara görə Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanova, rayon təsərrüfatı şöbəsinin müdiri Azər Kərimova və Xocasən qəsəbəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyevə töhmət verilib, bir sıra məsul işçilərə xəbərdarlıqlar edilib və qısa müddət ərzində yol verilən nöqsanların aradan qaldırılması tapşırılıb.