Kimlər ünvanlı dövlət sosial yardımı ala bilər? – AÇIQLAMA

253
Ünvanlı sosial yardım əsasən aztəminatlı ailələr üçün nəzərdə tutulub.

Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib. O, ünvanlı dövlət sosial yardımının təyini ilə bağlı proseduru izah edib:

“Ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyacı meyarı 170 manatdır. Əgər ailədə 8 yaşından balaca uşaq varsa, məşğulluq tələbi ana üçün tətbiq olunmur. Çünki övladların böyüdülməsi ilə məşğuldur. Belə olduğu halda ata minimum əməkhaqqı, yəni 250 manat alırsa, o zaman ailənin ümumi ehtiyac meyarından bu məbləğ çıxılır və yerdə qalan məbləğ ünvanlı dövlət sosial yardımı şəklində verilir”.