“O vicdansızlar, şərəfsizlər asqıra-asqıra gəldilər, öskürə-öskürə də çıxdılar getdilər” – ATƏT-in Minsk Qrupuna ETİRAZ

370
“O vicdansızlar, şərəfsizlər asqıra-asqıra gəldilər, öskürə-öskürə də çıxdılar getdilər”
“ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlərin abır-həyası olsa, utanmaqdan başqa yolları olmaz…”

Bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı “ATƏT-in Minsk Qripi” adlandırdığı bir təşkilatın otuz ildə Qarabağ probleminin həlli istiqamətində heç bir addım atmadığını bildirib:

“Siz mənə yaxşı xatırlatdınız ki, ATƏT-in Minsk Qrupunu ATƏT-in Minsk Qripi adlandırmışam. Bunlar elə Qarabağ problem yaranan gündən əllərindən bir iş gəlməyib. Bir addım da bu problemin həllinə nəinki köməklik göstəriblər, heç elə bil təşəbüsdə də bulunmayıblar. Elə onlar yaranan gündən qrip olmuş bir təşkilatdı, asqıra-asqıra gəldilər, asqıra-asqıra, öskürə-öskürə də çıxdılar getdilər. Onların yenidən məsələyə qarışması qeyri-mümkün şeydi. Bunu istəyən dövlətlər böyüklüyündən-kiçikliyindən asılı olmayaraq gərək xəcalət çəkələr, utanalar axı. Bunlar otuz il heç bir şey edə bilmədilər və indi təzədən ATƏT-in Minsk Qrupu guya qeyrətə gəlib ki? ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlərin bax elə bu mənada, bu istiqamətdə, bu marşurutda abır-həyası olsa, ümumiyyətlə, utanmaqdan, xəcalət çəkməkdən başqa yolları olmaz. Onlar gərək utandığından ATƏT-in adını çəkməsinlər. Müxtəlif beynəlxalq təşkilatlar var, onların içərisində isə ən dişsizi, vicdansızı, ən şərəfsizi mənim aləmimdə ATƏT-dir. Məsələn, ATƏT-i yaradıblar ki, Qarabağ problemini həll etsin, amma bu otuz ildə heç nə edə bilmədilər. Bir arpa boyda da bir şey ortaya qoya bilmədilər. Minsk Qrupunu təzədən bərpa etmək istəyən dövlətlər hansı üzlə bunu etmək istəyirlər. Biz tərəfdə deyirlər e, adamda üz var ha. Biz isə gərək heç nəyi vecimizə almayaq. O qədər iyrənc beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti deyilən uydurma şeylər var ki. Biz başımızı aşağı salıb Ali Baş Komandanımızın dediyi kimi bir olmalıyıq, heç nəyi vecimizə almamalıyıq və bizə də heç kim, heç nə edə bilməz. Rədd olsun ATƏT-in Minsk Qrupu, ikiqat rədd olsun ərəmik, yəni doğub-törəməz bir təşkilatı müdafiə edənlər”.