Azərbaycan və Ermənistan müdafiə nazirləri görüşür? – İDDİA

152
Azərbaycan və Ermənistan müdafiə nazirləri görüşür?
Azərbaycan, Rusiya və Ermənistan müdafiə nazirlərinin bu gün Moskvada görüşü gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası rəsmi mənbələrə istinadla məlumat yayıb.

Qeyd edək ki, 26 iyulda Rusiya müdafiə naziri Sergey Şoyqu Ermənistan müdafiə naziri əvəzi, müdafiə nazirinin birinci müavini Arşak Karapetyanla telefonla danışmışdı. Ötən gün isə A.Karapetyan S.Şoyqu ilə görüş üçün Moskvaya getmişdi.

Şoyqu ilə Karapetyan arasında ötən gün qapalı görüş keçirilib və müzakirənin detalları mediaya açıqlanmayıb.

Azərbaycan MN bugünkü görüşlə bağlı hər hansı rəsmi açıqlama yaymayıb.

Bu arada ermənilərin Kəlbəcər istiqamətində təxribatı davam edir. Səhər saatlarında erməni təxribatı nəticəsində Ordumuzun iki əsgəri yaralanıb. Ermənistan MN isə 3 əsgərinin məhv edildiyini, ikisinin yaralandığını rəsmən elan edib.