“İndi bütün kənddə Kəmaləddin Heydərovun adı “çörəkverən” kişi kimi qalıb” – Replika

173
"İndi bütün kənddə Kəmaləddin Heydərovun adı "çörəkverən" kişi kimi qalıb"
“Kəmaləddin Heydərov bir dəfə yoldan keçəndə maşını saxlatdırıb qarpız satan bir kişiyə 500 manat verib, o kişi də mənim xalamın əri olub. İndi bütün kənddə Kəmaləddinin adı “çörəkverən” kişi kimi qalıb”.

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Kəramət Böyükçöl deyib.

“O gün xalamgilə getmişdim. Kəmaləddinin kim olduğunu bunlara izah eləməyə çalışdım, mənə itin sözünü dedilər. Dedilər, o cür gözəl insana şər atırsan. Gecə xalamgildə qalacaqdım, Kəmaləddindən danışandan sonra qoymadılar ki, bizim evdə sənə yer yoxdur. Kəndin bütün say-seçmə kişiləri də yolun qırağında qarpız satır, elə bilirlər Kəmaləddin yenə gələcək” – K.Böyükçöl bildirib.