Yaxşılara yaxşı demək borcumuzdur…

221

Yaxşılara yaxşı demək borcumuzdur… 

…Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahibidir..
…Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Eldar Yunusovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Eldar müəllim ilə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə “zəif” cəhəti var ki, başqa bir rəhbər sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Eldar müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.
… İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.
Eldar müəllim Ulu Öndər Heydər Əliyevin ideyalarının möhkəm dayaqlar üzərində qərar tutmuş Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının təhsilə diqqət və qayğısını özü üçün əsas amil bilib məktəbəqədər təhsilin inkişafı, maddi-texniki bazasının daha da səmərəli olması yönündə əlindən gələnini əsirgəmir. Eldar müəllim Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” aforizmini özünə amal bilib məktəbəqədər təhsilin inkişafında  özünün töhfələrini vermişdir.

… Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər – yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər gözəl insan və əsl Vətən daşı…

P.S

“Eldar Yunusovun bizim onun haqqında fikirlərin yazılmasına  heç də ehtiyacı yoxdur, amma onu da qeyd edək ki, jurnalistin vəzifə borcu düzü-düz, əyrini-əyri yazmaqdır. Bizdə öz növbəmizdə Eldar müəllimin Azərbaycan təhsili üçün gördüyü işləri işıqlandırmağı özümüzə borc bildik. Bir atalar məsəli var “İt hürər, karvan keçər”. Yaxşılara yaxşı demək borcumuzdur… 

Eldar müəllim-ə gələcək işlərində uğurlar arzu edirik.

 

Şahmar Zərdabi

Təsisçi və baş redactor

Tel.: 070-255-01-09