Xəstəxana yoxsa BAZAR?

401

Xəstəxana yoxsa BAZAR?

Akad. M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən redaksiyamıza şikayət daxil oldu. Araşdırma aparmaqdan ötrü xəstəxanaya üz tutduq. Xəstəxananın darvazasından daxil olmamışdan qabaq diqqətimizi bir məqam cəlb etdi. Elmi Cərrahiyyə Mərkəzində nəinki həkimlər rüşvət alır, sən demə xəstəxananın həyətinə daxil olan hər bir avtomobildən pul alırlar. Baxmyaraq ki, bu avtomobillərdə xəstəxanaya şəfa tapmaqdan ötrü xəstələr gətirilir. Bu bir yana  qalsın, Ak.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin sən demə hər bir işçisi sanitardan tutmuş baş həkiminə, həkimindən tutmuş baş  direktoruna kimi xəstə sahiblərindən rüşvət tələb etmələri açıq-aşkar görünür. İlk görüşdən xəstəxana mənə bazarı xatırlatdı. Bu neqativ halları dəqiqləşdirmək ötrü xəstəxananın direktoru Rauf müəllimlə telefon əlaqəsi saxladıq, çünki qəbuluna düşmək çox çətin məsələdir. Telefon əlaqəsi zamanı olayları direktora bildirdim, lakin o bunları təkzib etdi.

Hörmətli,  oxucularımız sizə xəstəxanada  çəkilmiş şəkillərin bir neçəsi ilə tanış etmək istəyirəm. Görün-baxın bu qanunsuz  yığılan pullar kimin şəxsi cibinə gedir?

PS: Araşdırmamız davam edir, yaxın vaxtda Ak.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində daha  nələr baş verdiyini video sujet vasitəsilə təqdim edəcəyik.

Əks tərəfin fikrini dərc etməyə hazırıq.

 

Şahmar Zərdabi

Təsisçi və baş redaktor

Tel.: 070-255-01-09