Yol mədəniyyətdir… -“Xaliq Faiqoğlu” MMC öz müsbət keyfiyyətləri ilə öndədir

256

Yol mədəniyyətdir… -“Xaliq Faiqoğlu” MMC öz müsbət keyfiyyətləri ilə öndədir

“Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri Azərbaycanın dövlət başçısının yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyini bir daha təsdiqləyir.”

Tarixin yaratdığı elə şəxsiyyətlər olur ki, onlar həyat və fəaliyyətləri ilə dövlətin inkişaf yolunu müəyyənləşdirir, mənsub olduğu xalqın, millətin tarixini yazırlar. Belə nadir şəxsiyyətlərdən biri də görkəmli siyasi və dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər titanik fəaliyyəti,  dərin zəkası və dövlətçilik sahəsindəki zəngin təcrübəsi ilə dünya səviyyəli nəhəng siyasət adamı kimi məşhurlaşmışdır. Məhz onun adı Azərbaycan xalqının rəmzinə çevrilmiş, keçdiyi şərəfli və mənalı ömür yolu nəsillərə örnək olmuşdur.

2004-cü ildən “Xaliq Faiqoğlu” adı ilə şəhərdaxili sərnişindaşıma sahəsində fəaliyyətə başlayan şirkət, 2013-cü ildən fəaliyyət sahələrini genişləndirərək SAFA Holdinq brendi altında yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün şirkət sərnişindaşıma, nəqliyyat, inşaat, neft məhsullarının satışı, biznes mərkəzi, sağlamlıq / istirahət mərkəzi, qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı sahəsində fəaliyyət göstərir. Safa Holding qısa müddət ərzində ölkənin dinamik inkişaf edən, aparıcı şirkətlərindən birinə çevrilmişdir. Şirkətin qarşısında duran əsas məqsəd müasir iqtisadiyyatın inkişafında yaxından iştirak etmək,müştərilərə və tərəfdaşlara yüksək səviyyəli, müasir xidmətlərin göstərilməsidir. Bu gün SAFA Holdinq respublika daxilində və xaricində nüfuzlu şirkətlər, maliyyə qurumları və holdinglərlə sıx əməkdaşlıq edərək, beynəlxalq əlaqələrin genişləndirilməsinə böyük önəm verir.

Biznes prinsiplərinə sadiq, müştəri və tərəfdaşların etimadını qoruyan, hədəflərini hər gün yüksəldən, cəmiyyət və dövlətimizə sadiq şəffaf və güvənli şirkət olmaq.

“Xaliq Faiqoğlu” MMC şirkətinin rəhbərliyi öz əməkdaşları ilə mütəmadi olaraq vətəndaşlarla mədəni ünsiyyət formlarını və sərnişindaşıma qaydalarına riayət olunması ilə əlaqədar təlimatlar keçirir. “Xaliq Faiqoğlu” MMC digər sərnişindaşıma şirkətlərindən fərqi onların avtobusların texniki vəziyyətdən sazlığı və rahatçılığıdır. Pandemiya dövründə avtobuslar hər gün dizenfeksiya  edilib tam gigiyenik qaydalarına cavab verir. Bu da onu göstərir ki, şirkət rəhbərliyi hər zaman aparılan daxili və xarici siyasəti dəstəkləyir.

PS: “Çox təəssüf ki, son günlər bəzi elektron KİV-lərdə sifariş əsasında “Xaliq Faiqoğlu” şirkətinə qarşı qarayaxma kampaniyası aparılır. Kimlərsə məqsədli şəkildə haqqlarında yalan informasiyaları yenidən tirajlayaraq, mənfi imic yaratmağa çalışırlar. Bəzi KİV nümayənədələri qərəzli şəkildə şirkət haqqında mənfi fikir yaratmaq və nüfuzdan salmaq istəyirlər. Araşdırmalarımızın nəticəsində biz şirkət qabaqcıllar sırasında ən öndə gedən bir şirkətdir. Şirkətin rəhbərliyinə və əməkdaşlarına işlərində dözüm, iradə və müvəffəqiyyətlər arzu edirik.

 

Şahmar Zərdabi

Baş redaktor

Tel.:  070-306-46-06