Vəndam qəsəbə Bələdiyyəsi tərəqqi yolunda

56

Vəndam qəsəbə Bələdiyyəsi tərəqqi yolunda

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə planlı, düşünülmüş və mütəşəkkil formada regional siyasətin həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafını əhəmiyyətli dərəcədə sürətləndirmiş, demokratik proseslərə güclü təkan vermiş, o cümlədən vətəndaşlarımızın yerli səviyyədə idarəetmədə, həmin səviyyədə qərarların qəbul edilməsi prosesində birbaşa iştirak etməsi üçün əlverişli şərait yaratmışdır.

Azərbaycanın yerli özünüidarəetmə orqanları olan bələdiyyələr ölkəmizdə aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir, fəallıqlarını artırır, öz səlahiyyətləri çərçivəsində konkret işlər görürlər.

Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyası digər mühüm əhəmiyyətli məsələlərlə yanaşı bələdiyyələrin yaradılması və statusunu ayrıca olaraq təsbit etmişdir. 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirilmiş, ölkəmizdə bələdiyyə institutunun inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüş, bu sahədə mühüm qanunvericilik bazası formalaşdırılmış, bələdiyyələrin statusu, qulluğunun təşkili, maliyyəsinin əsasları və digər sahələri əhatə edən çoxsaylı qanunlar qəbul olunaraq onların səmərəli fəaliyyəti üçün dövlət tərəfindən hər cür şərait yaradılmışdır.

Zənnimcə, bələdiyyə institutu cəmiyyətimizdə özünəməxsus yer tutmuş, bir çox ərazilərdə yerli əhalinin nüfuzunu qazana bilmişdir. Lakin, ölkəmizin sürətli inkişafı, ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar bələdiyyələrimizin də fəaliyyətinin bu inkişafa və islahatlara uyğun gücləndirilməsini, əhatə etdikləri ərazilərdə yaşayan vətəndaşların sosial sifariş və tələbatlarının tam ödənilməsini, onlara daha keyfiyyətli xidmətlərinin göstərilməsini və ümumilikdə, vətəndaşlara daha da yaxın olmasını zəruri edir.

Bununla yanaşı, bələdiyyələrin mövcud olduğu ərazinin iqtisadi potensialının formalaşmasında iştirakı zəruridir. Xüsusilə sahibkarlığın inkişafına aid olan dövlət proqramları çərçivəsində bələdiyyələr öz ərazilərində kiçik sahibkarlıq üçün münbit şərait yarada, öz xidmət sahələrini, bələdiyyə müəssisələrini, təsərrüfat subyektlərini təşkil edə, şəxsi fəaliyyəti ilə region iqtisadiyyatının dinamik inkişafına təkan verə bilərlər.

Bu baxımdan da bələdiyyələrin ölkəmizin sosial-iqtisadi inkişafında mühum rolu vardır. Qəbələ rayonu Vəndam qəsəbə bələdiyyəsi ölkədə turizmin inkişafında xüsusi rolu vardır. Bununla bağlı Vəndam  qəsəbə Bələdiyyəsinin sədri Asif Həşimov özünün uzaqgörən və idarəçiliyi ilə qəsəbə sakinlərinin problemlərinin həllində şəxsən özü müvafiq orqanlarla birlikdə həllinə nail olur. Vəndam qəsəbə Bələdiyyəsinin sədri Asif müəllim mütəmadi olaraq Şəhid ailələri, Qarabağ əlilləri, kimsəsiz ailələrə diqqət və qayğısı tərifəlayiqdir. Asif müəllim Şəhid qəhrəman generalımız Polad Həşimovun Vəndam qəsəbəsində abidəsinin ucalmasında birbaşa zəhməti nəticəsində ucaldılmışdır. Bunlarla yanaşı qəsəbədə yerləşən turizmin inkişafı üçün nəzərdə tutulan obyektlərdə qəsəbə sakinlərinin işlə təmin olunmasını həyata keçirmişdir. Vəndam qəsəbəsində yeni yolların çəkilməsini və abadlaşdırılması Asif müəllim tərəfindən həyata keçirilir.

Vəndam qəsəbə bələdiyyəsinin sədri Asif Həşimov ölkə prezidenti, Ali Baş Komandanımız İlham Əliyev cənablarının bölgələrdə işsizliyin sıfra endirilməsi və sosial-iqtisadi inkişafa təkan verilməsi tapşırıqlarının həyata keçirilməsində əlindən gələnini edir və vəzifə borcunu layiqincə yerinə yetirir.

Sizin gördüyünüz işlər örnəkdir.Asif müəllimə gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.

 

Şahmar  Zərdabi

Baş redaktor

Tel.: 070-306-46-06