Tərtər rayon Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov öz fədakarlığı ilə rəhbərliyin rəğbətini qazanıb

45

Tərtər rayon Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov öz fədakarlığı ilə rəhbərliyin rəğbətini qazanıb

Azərbaycan xalqının xoş gələcəyi naminə qarşıya qoyulmuş vəzifələrin icrasında yeni-yeni uğurlara imza atan Tərtər rayon Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov öz işində rəhbərliyin etimadını qazanmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmışdır. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir.

Su təsərrüfatı və meliorasiya işçilərinə dövlət tərəfindən diqqət və qayğı həmişə göstərilməkdədir. Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov özünün şəffaf iş bacarığını nümayiş etdirdiyinə görə Respublika Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.  Bu Zahid İbrahimovun timsalında rayonumuzun su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğının təzahürüdür.

Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov – Bu gün Azərbaycan dünya miqyasında öz gücünə arxalanan və heç kimdən asılı olmayan ölkədir
Dünyanı cənginə alan koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, mümkün qədər az itkilərlə bu mürəkkəb vəziyyətdən çıxmaq məqsədilə dövlətimiz ilk günlərdən təxirəsalınmaz, qətiyyətli tədbirlərin görülməsinə başlamış, bu tədbirlər hazırda davam etməkdədir. Görülmüş bütün tədbirlərin əsas məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır.
Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov  vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın etimadını yüksək səviyyədə doğrulda bilən insandır.
Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbər, nümunəvi İdarə rəisi. Bu şəxs Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, maddi-mənəvi problemləri ilə qəbuluna gələn vətəndaşlara yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Zahid müəllim. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, hansı vəzifədə işləməyinə baxmayaraq, əlindən gələni əsirgəmir.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimovdur.
Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Zahid İbrahimov bu işin müqəddəsliyini qoruyub saxlayır. Zahid İbrahimov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

 

Şahmar Zərdabi

Baş redaktor

Tel.: 070-207-63-00