Eldar Yunusov məktəbəqədər təhsil müəssisələrinə diqqət və qayğısı yüksək səviyyədədir

720

Eldar Yunusov məktəbəqədər təhsil müəssisələrinə diqqət və qayğısı yüksək səviyyədədir

İnsanlar yazı və oxunun nə olduğunu bilmədikləri bir zamanda belə uşaqların tərbiyəsinə xüsusi diqqət yetirirdilər. Tarixən Azərbaycan ailəsində uşağa, onun tərbiyəsinə münasibət milli-etnik və mədəni dəyərlərimiz əsasında formalaşmışdır. Uşağın dünyaya gəlməsi hər bir evə sevinc, fərəh gətirən, ailə bağlarını möhkəmləndirən mühüm amil kimi dəyərləndirilib. Övladının ağıl, kamal sahibi olması, bir sənətə yiyələnməsi, ləyaqətli insan olaraq formalaşması hər bir valideynin həyat amalını təşkil etmiş, uşağın tərbiyəsində başlıca istiqamətə çevrilmişdir.

Tərbiyə ümumbəşəri anlayış olsa da, hər bir xalqı səciyyələndirən öz milli, mənəvi xüsusiyyətləri: ana dili, dini, tarixi, ədəbiyyatı, incəsənəti, mədəniyyəti, adət və ənənələri vardır. Bütün bunlar həmin xalqın milli mənəviyyatını təşkil edir, böyüməkdə olan nəslin tərbiyəsində böyük rol oynayır.

Ümumiyyətlə, insan tərbiyəsi, onun getdikcə kamilləşməsi, cəmiyyət üçün dəyərli şəxsə çevrilməsi hər bir dövrdə filosofların, pedaqoq-alimlərin tədqiqat obyekti olmuş, tərbiyəetmə fəaliyyətinə insanın dünyaya gəldiyi ilk günlərdən, hətta ana bətnində olarkən başlanmasının vacibliyini tutarlı faktlarla sübuta yetirmişlər. Uşaqların erkən vaxtlarından tərbiyə olunmasını həyata keçirən xüsusi müəssisələrin olmadığı bir dövrdə bu vacib məsələ bilavasitə ailələrdə yerinə yetirilmişdir.

“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin təşkili, tənzimlənməsi, idarə olunması və digər məsələləri əhatə edir.
İnsan həmişə eşitdiklərindən çox gördüklərinə inanır. Mən də həmişə gördüyünə inananlardanam. Bəlkə də bu jurnalist fəaliyyətimdən irəli gəlir.

Nəysə yazının başlığında qeyd etdiyim kimi bu yazının əsas mövzusu Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovdur. Son vaxtlar Eldar Yunusov haqqında KİV-də dərc olunan yazılar məni çox düşündürürdü. Axı mən də bir vətəndaş kimi Eldar Yunusovu çox yaxşı tanıyıram. Əvvəl dediyim kimi eşitdiklərimə deyil gördüklərimə inanalardanam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə İnternetdə Eldar Yunusov haqqında son illərdə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Məlum oldu ki Eldar Yunusov haqqında yazılar əsasən Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri seçildikdən sonra yazılmışdır. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da bir məna var kimlərsə Eldar Yunusovun şəffaf işini görmək istəmir, kimlərsə Eldar Yunusov haqqında mənfi fikirlər yaratmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlara bir jurnalist alət edilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun adı, respublika ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Eldar Yunusovu nüfuzdan salmağa çalışırlar.
***
Bu gün ölkəmiz ümummilli lider H.Əliyevin əsasını qoyduğu müdrik, uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf etməkdədir. Bu yolun layiqli davamçısı cənab prezidentimiz İ.Əliyevin uğurlu, daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Ölkəmizdə cənab prezidentimizin tapşırığı altında aparılan quruculuq işləri istənilən sahədə özünü doğrultmuşdur. O cümlədən ictimai rəyə əsaslanaraq desək, uşaq bağçalarına olan diqqət və qayğı daima ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın nəzarətindən yayınmır.
Gələcəyimiz olan uşaqların təhsilə hazırlığı məhz uşaq bağçalarından başlayır. Məktəbəqədər təhsil sahəsinə diqqət və qayğı dövlətimizin prioritet sahələrindən biridir. Bu sahəyə göstərilən böyük qayğı nəticəsində ölkəmizdə məktəbəqədər təhsil sistemi dünya standartlarına uyğunlaşdırılmış, aparılmış əsaslı islahatlar öz bəhrələrini vermişdir. H.Əliyev Fondunun böyük dəstəyi ilə yeni məktəbəqədər təhsil binalarının tikintisi geniş vüsət almış, müasir standartlara cavab verən təhsil kompleksləri istifadəyə verilmişdir. Aparılan islahatlar nəticəsində məktəbəqədər təhsilin keyfiyyəti yüksəlmiş, müasir dünya görüşlü, hərtərəfli biliyə malik yeni nəsil formalaşmışdır. Bütün bunlar dövlət başçısı cənab İ. Əliyevin bu sahəyə göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.
Məktəbəqədər təhsil uşaqların intellektual, fiziki və psixoloji inkişafında, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır. Həmçinin, uşaqların məktəbə hazırlanmasına, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasına ciddi təsir edir. Maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsil müəssisələrində qoyulur.

 

Şahmar Zərdabi

Baş Redaktor

Tel.: 070-207-63-00