Şəfalı əllər möcüzələr yaradır

635

Şəfalı əllər möcüzələr yaradır

“Azərbaycan səhiyyəsinin inkişafına öz töhfəsini verən, dəfələrlə ilklərə imza atan Medilux hospitalın mütəxəssisləri bu dəfə də sübut etdilər ki, artıq vətəndaşlarımızın öz xəstəliklərinin çarəsini digər ölkələrin klinikalarında axtarmasına ehtiyac yoxdur. İndi öz Vətənimizdə – Bakıda, bizim xəstəxanada da keyfiyyətli tibbi yardım almaq, çox mürəkkəb əməliyyatlar sayəsində xəstəlikdən və ölümdən xilas olmaq mümkündür”.
Bu fikirləri Medilux hospitalın plastik, estetik, rekonstruktiv cərrah Dilqəm Məhərrəmov fəaliyyət göstərdiyi xəstəxanada həyata keçirilmiş cərrahiyyə əməliyyatı haqqında bizə məlumat verərkən söylədi.
Ömrünü elmə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən alim camala yox, kamala xidmət edir. Belə şərəfli həyat yolu yaşayanlardan biri də Dilqəm Məhərrəmovdur.

Həyatının mənasını “Sabahlar insanlara bu günün hədiyyəsidir” hikməti ilə dəyərləndirən Dilqəm Məhərrəmov üçün hər gün yazılan insan ömrünün səhifəsidir. Buna görə də gələcək həyatını müəyyənləşdirərkən də qismətin asan yolunu seçməyib. Babalarından eşitdiyi “Sağlamlığa bərabər dost, xəstəliyə bərabər düşmən yoxdur” hikmətinə inanaraq həyatın ən şirin neməti olan sağlamlıq və gözəllik keşikçisi olmağa, insanlara yamaşaq sevinci bəxş etməyə üstünlük verir. Bu seçimində yanılmayan Dilqəm Məhərrəmov xəstələrinin sevincinə şərik olduğu günləri ömrünün xoşbəxt anları sayır.

Ona görə də çoxşaxəli və geniş fəaliyyətində də daha Plastik, estetik, rekonstruktiv cərrahlığın aktual istiqamətlərini inkişaf etdirərək böyük nailiyyətlərə imza atmışdır. Zəhməti isə hədər getməyib.

Tərbiyədə, elm öyrənməkdə ən böyük səhv həddən artıq tələskənlikdir. Uşaqlar üçün onlara tərbiyə verən müəllimlər dünyaya gəlmələri üçün borclu olduqları valideynlərindən daha hörmətlidirlər: biri yalnız həyat, digəri gözəl, şərəfli həyat bəxş edir. Bu baxımdan həkimlik daha çox çox diqqət tələb edən peşədir. Çünki ilkin müayinə zamanı həkimin xəstəyə baxışı “xəstə-həkim münasibətlərini” formalaşdırır, onun həyatı üçün çəkdiyi nigarançılığı, narahatlığı həkimin adi baxışından başlanır. Belə “səssiz münasibətlər”, ürəyin aynası olan gözlərdəki ifadə xəstədə yaşamaq ümidi yaradırsa, demək xəstəliyin müalicəsi üçün “mühit” yaranıb. Buna görə də hansı sahədə çalışmasından asılı olmayaraq həkim ilk növbədə təcrübəli psixoloq da olmalı, ən ağır zamanlarda belə xəstənin son ümidinin itirilməməsi üçün var gücü ilə çalışmalı, təcrübəli həmkarlarından məsləhətlər almaqdan çəkinməməlidirlər. Təki bir insana sevinc bəxş mümkün olsun. Bu xüsusiyyətlər isə əsil humanizm, xeyirxahlıq nümunəsidir – bu xüsusiyyətləri məhz plastik, estetik, rekonstruktiv cərrah Dilqəm Məhərrəmovda gördük.

Doktor Dilqəm Məhərrəmova gələcək işlərində uğurlar arzulayırıq, şəfalı əllərin var olsun həkim.

 

Şahmar Zərdabi

Baş redaktor

Tel.: 070-225-26-00