Ağdam Dövlət Sosial İqtisadi Kollecinin direktoru Natiq Cavadov tələbələrin rəxbətin qazanıb

52

Ağdam Dövlət Sosial İqtisadi Kollecinin direktoru Natiq Cavadov tələbələrin rəxbətin qazanıb

Ağdam Dövlət Sosial İqtisadi Kollecinin direktoru Natiq Cavadov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağdam Dövlət Sosial İqtisadi Kollecinin direktoru Natiq Cavadovdur.
Ağdam Dövlət Sosial İqtisadi Kollecinin direktoru Natiq Cavadov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən direktordur.
Ağdam Dövlət Sosial İqtisadi Kollecinin direktoru Natiq Cavadov bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…
… Natiq Cavadov hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə idarəçilik qabiliyyəti ilə qurub.
… Natiq Cavadov ona qarşı ən qərəzli media orqanı belə şəxsi mülki şəkillərini dərc etməyib və etməyəcək də.

Ağdam Dövlət Sosial İqtisadi Kollecinin direktoru Natiq Cavadov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Natiq Cavadov bu işin müqəddəsliyini qoruyub saxlayır. Natiq Cavadov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Ağdam Dövlət Sosial İqtisadi Kollecində şəffaf şəraitdə imtahan və kollegiumlar keçirilir. Son illər kollecin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb, tədrisdə istifadə olunan avadanlıqlar müəyyən qədər təzələnib, ixtisaslaşmış kompüter kabinələri yaradılıb, kabinet və sinif otaqlar yenilənib. Bütün ölkədə olduğu kimi, bu kollecdə də təhsilin məzmununda dəyişikliklər aparılıb. Kadr hazırlığı aparılan ixtisaslar və istiqamətlər üzrə orta ixtisas təhsilinin standartları və buna müvafiq yeni tədris planları və proqramları hazırlanıb.
Kollec rəhbərliyi təşkilati məsələlərin həllinə müntəzəm nəzarət edir.

 

Şahmar Zərdabi

Baş redaktor

Tel.: 070-225-26-00