Vilayət Eyvazovdan yeni TƏYİNAT

941
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Sənani Məmmədov Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyinat alıb.

O, bu təyinatadək həmin idarədə xidmət üzrə inspektor vəzifəsində işləyib.