Təyyarə yaşayış binasına düşdü

758

Piper 32 təyyarəsi ABŞ-ın Uest-Cordan şəhərində (Yuta ştatı) yaşayış binasına düşüb, təyyarədə 6 nəfər olub.

Onlardan bir neçəsi yaralanıb, ölənlərin olduğu ehtimal edilir.

Nə qədər insanın xəsarət aldığı barədə məlumat hələki verilməyib.

Hadisə yerində yanğın başlayıb. Üç yaşayış binasına ziyan dəyib.