Beyləqanın icra başçısından qəribə taktika… – İLGİNC

156

“Bu gün Beyləqandan yerli mətbuatda yayılan neqativ xəbərlərin 90 faizini icra başçısı Asif Ağayev hazırlatdırır”. Bu sözləri DİA.AZ-a verən rayondakı mənbə maraqlı bir məqama da diqqət çəkib.

Mənbə iddia edir ki, 2018-ci ildən Beyləqan RİH başçısı postuna təyin olunan Asif Ağayev əslində Şamaxıda bir korrupsioner məmur kimi tanınırdı. Mənbənin dia.az-a söylədikləri:

“Asif Ağayev mənfi reputasiyası olan bir adam idi. Lakin ona təkrar etimad göstərildi. Ola bilsin ki, hardasa kiməsə yaxşlığı keçib. Amma sonradan da göründü ki, prokurorluq Asif Ağayevdən qalma neçə məmuru həbs etdi. Yəni o, Şamaxıda mənfi bir adla tanınır… camaata zülm etməsiylə…”

“İndi də gəlib Beyləqanda eyni şəkildə oyunbazlıq edən Asif Ağayev xoşu gəlmədiyi, həm də gücü çatmadığı yerli məmurlardan dolayı yollarla mətbuata məlumatlar çatdırır. Əlimizdə yetərincə faktlar var” deyən mənbə iddia edir ki, icra başçısı bu üsulla həmin vəzifəli şəxsləri zərərsizləşdirə biləcəyinə ümid edir.

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı Asif Ağayevi də dinləməyə hazırıq…