Cennifer Lopez villasını hərraca çıxarır – 8 milyon dollara

583

Məşhur aktrisa Cennifer Lopez və Aleks Rodriges Malibudakı evləri ilə vidalaşmağa hazırlaşırlar. 

Aktrisa bu evi ötən il “Entourage” serialının aktyoru Ceremi Pivendən 6,6 milyon dollara alıbllar, hazırda isə həmin evi 8 milyon dollara satışa çıxarıblar. Okean sahilində yerləşən evin 5 yataq, 4 vanna otağı var. Üç mərtəbəli villanın sahəsi 4 400 kvadrat metrdir. Evin hər mərtəbəsi Sakit okeana baxan şüşə divarlarla örtülüb. Уyni zamanda hər mərtəbədə terras var.

Qeyd edək ki, məşhur cütlük Kaliforniyada  özlərinə 2 yataq otağı və 2 vanna otağı olan 2200 kvadratmetrlik yeni ev alıblar. Həmin evin dəyəri isə 1,4  milyon dollardır.