Aktrisanın itkin düşdüyü göldən meyit tapıldı

294

“Glee” serialının məşhur aktrisası Naya Rivera itgin düşdüyü göldən meyit tapılıb.

Xarici KİV-ə istinadən xəbər verir ki, Piru gölündə 4 yaşlı oğlu ilə dincəlməyə gedən aktrisanın göldə axtarışları zamanı cəsəd aşkar edilib. Onun aktrisa Naya Riveraya aid olduğu təxmin edilir. Lakin bu barədə mediaya tam məlumatın verilməsi üçün cəsəddən DNT nümunələri alınmalı olduğu bildirilib.