Gəncədə “zapravka”da PARTLAYIŞ

549

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

***12:42

Gəncə şəhərində yanacaqdoldurma məntəqəsində partlayış olub.

Hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Əraziyə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.