Alı Alıyev: Ölkəmizdə COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri davam etməkdədir

571

Füzuli rayonunda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən reyd keçirilib

Rayon ərazisində əhalinin sıx olduğu məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində aparılan reydlərdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və digər məsul şəxsləri iştirak ediblər.
Horadiz şəhərində fəaliyyət göstərən bir neçə ticarət obyektlərində, ictimai-iaşə obyektlərində satıcı və alıcılarla marifləndirici söhbətlər aparılıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah edilib.
Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən ictimai-iaşə və ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilərək bütün obyektlərdə işçi heyətinə tibbi maskalardan istifadə etmənin vacibliyi, sosial məsafənin gözlənilməsi və sanitary-gigiyenik qaydalara əməl edilməsinin əhəmiyyəti barədə ətraflı məlumatlar verilib.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev – Son dövrlər  koronavirus pandemiyasına qarşı mübarizə dünyanı düşündürən ən vacib məsələlərdən birinə çevrilib. İlk günlərdən etibarən ölkə başçısı cənab İlham Əliyevinin  qabaqlayıcı tədbirlər görməsi, vaxtında və düzgün qərarlar verməsi nəticəsində ölkəmizdə pandemiya ilə mübarizə nümunəvi xarakter almış, vətəndaşların sağlamlığı, təhlükəsizliyi daim diqqət mərkəzində saxlanmışdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə pandemiyaya qarşı  mübarizə tədbirləri uğurla davam etdirilməkdədir.Covid-19-un artmasını nəzərə alaraq dövlət lazımi tədbirlərə davam edir. 800 çarpayılıq xəstəxana istifadəyə verildi. 1-1,5 ay ərzində 1300 çarpayılıq yeni modul tipli xəstəxana istifadəyə veriləcək. Modul tipli beş xəstəxana (Bakı-2, Sumqayıt-1, Gəncə-1, Abşeron-1) artıq fəaliyyətdədir. Daha beş modul tipli xəstəxana inşa olunacaq.  Hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar ki, bu xəstəxanaların 36-sı Prezident  cənab İlham Əliyevin Sərəncamı ilə son dövrlərdə tikilib.Son dövrlər olkəmizdə xəstəliyə yoluxmanın tempi yüksəkdir, amma vəziyyət nəzarət altındadır. Əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan bir sıra qabaqcıl ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə on minlərlə ölçülür. Bu o deməkdir ki, heç bir ölkə koronavirusa yoluxmaqdan sığortalanmış deyil. Pandemiya dövründə xüsusi qaydalara riayət olunmalıdır. Hüquq mühafizə orqanları qaydalara əməl olunmasına ciddi nəzarət edirlər. Vətəndaşlarımız nizam-intizama ciddi riayət etsələr, pandemiyanı nəzarətdə saxlamağa və ona qalib gəlməyə müvəffəq olacağıq. ÜST ilə əməkdaşlıq davam edir, ÜST direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşündə iştirak edib. Əməkdaşlığımız, məsləhətləşmələrimiz bundan sonra da davam edəcək. İqtisadiyyatımız ciddi əsaslar üzərində qurulub, pandemiya dövrünün çətinliklərinə baxmayaraq Azərbaycan iqtisadiyyatı 5 ayın yekunlarına görə cəmi 1,7 faiz tənəzzülə uğradı. Amma buna baxmayaraq, heç bir sosial layihəni təxirə salınmadı, ixtisar edilmədi. Əksinə, bu il büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha təsirlidir. Bu dövrdə ön planda olanı insanların sağlamlığıdır və insanlarımızın sağlamlığı ilə müqayisədə iqtisadiyyat ikinci plandadır. Bu il məcburi köçkünlər üçün rekord sayda bina tikiləcək və 7 mindən çox köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Şəhid ailələri üçün 1500 mənzil istifadəyə veriləcək. Qüsursuz xidmət edən zabitlərə 400 mənzilin verilməsi nəzərdə tutulur. 85 min ailə, yəni, 300 mindən çox insan ünvanlı sosial yardım alacaq. Neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Çünki biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik. Bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik. Prezident cənab İlham Əliyevin pandemiya ilə mübarizədə özünütəcridə yox, qlobal əməkdaşlığa çağırış etməsi və bu təşəbbüsün 130 dan çox dünya dövləti tərəfindən dəstəklənməsi ölkə başçımızın siyasi səriştəsinin, liderlik bacarığının və  şəxsi nüfuzunun nəticəsidir. Respublikamızın digər bölgələri kimi Füzuli rayonunda da pandemiyaya qarşı mübarizə tədbirləri davam etməkdədir. Rayonun işğaldan azad edilmiş ərazilərində dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir. Əhali arasında maarifləndirmə işi  aparmaq üçün hər birində 4 nəfər olmaqla 42 mobil qrup, yaşayış məntəqələri üzrə nəzarət və reydlər həyata keçirmək məqsədilə 4 nəzarət qrupu yaradılıb. İri yaşayış məntəqələrində, Horadiz şəhərinin mərkəzi küçələrində COVİD -19 pandemiyasından qorunmaq üçün  maariflənirici lövhələr yerləşdirilib. Qeyd edək ki, pandemiya ilə mübarizə tədbirlərində, əhali arasında maarifləndirici söhbətlərin aparılmasında, müxtəlif sosial aksiyaların həyata keçirilməsində rayon könüllüləri xüsusi fəallıq göstərirlər.