Əhməd Əhmədzadə: Ölkəmiz kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün əlverişli iqlim və zəngin təbiətə malik olan coğrafi bir regionda yerləşmişdir

929

Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı iki yeni proqram komissiyaya təqdim edilib

about1

Cənab Prezident İlham Əliyev Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 15 aprel tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən  ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə baş nazirin müavini Şahin Mustafayevin sədrliyi ilə komissiya yaradılmışdır.
Sərəncamın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC iki dövlət proqramı hazırlayaraq komissiyaya təqdim edib:
Birinci, “Azərbacyan Respublikasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin inkişafına dair 2020-2030-cu illər üzrə” dövlət proqramıdır. İkincisi isə “Suvarma suyundan səmərəli istifadə edilməsinə və su itkilərinə qarşı ilkin mübarizə tədbirləri haqqında” dövlət proqramıdır.
Bu proqramlar ölkə iqtisadiyyatının, əsasən də qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan kənd təsərrüfatının dayanıqlı inkişafında və iqlim dəyişiklikləri şəraitində su təhlükəsizliyinin təmin edilməsi üçün strateji əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sektorunda görüləcək işləri müəyyənləşdirəcəkdir.
Tədbirlərin 2020-ci ildən başlayaraq ondan sonrakı dövrlərdə həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər 2025-ci ilədək ortamüddətli və 2030-cu ilədək uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması istiqamətində, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikintisi, alternativ sulardan istifadənin genişləndirilməsi, suya qənaətedici suvarma texnikası və texnologiyalarının tətbiqi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması, su itkilərinə, çayların sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin aparılmasına nail olunmaq hədəflənməkdədir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadədir.

Ölkəmiz kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi üçün əlverişli iqlim və zəngin təbiətə malik olan coğrafi bir regionda yerləşmişdir.

Suvarma əkinçiliyi diyarı olan Azərbaycanda uzun illərdən bəri böyük zəhmət və külli miqdarda vəsait hesabına su axımını bölüşdürən və tənzimləyən irriqasiya sistemlərindən, kollektor-drenaj şəbəkələrindən, nasos stansiyalarından və su anbarlarından ibarət geniş və mürəkkəb meliorasiya və su təsərrüfatı kompleksi fəaliyyət göstərir. Bu kompleksin əsas hissəsi ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə onun şəxsi təşəbbüsü və yaxından köməyi ilə yaradılmışdır. Ölkəmizdə meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin mümkün olmadığını böyük uzaqgörənliklə qeyd edən ulu öndər Heydər Əliyev ölkədə meliorasiya və su təsərrüfatının inkişafına xüsusi əhəmiyyət vermiş, bu sahənin əhəmiyyətini yüksək qiymətləndirərək onun inkişafını daim diqqətdə saxlamış, aparılan bütün işlərlə şəxsən maraqlanmışdır.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında və ölkənin ərzaq probleminin həllində oynadığı rolu nəzərə alaraq, eləcə də çoxminli meliorpatorların şərəfli və məhsul bolluğu yaratmaq istiqamətində əməyini qiymətləndirərək Azərbaycanda “Meliorasiya və irriqasiya haqqında” Qanunun 1996-cı ildə qəbul edildiyi 5 iyun gününün meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı – “Meliorator günü” kimi qeyd olunması barədə 2007-ci il mayın 24-də sərəncam imzalamışdır.

Sərəncamın imzalanması möhtərəm Prezidentimizin meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi daimi diqqət və qayğının bariz nümunəsi kimi melioratorlar tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmış, onları öz çətin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.

Əhməd Əhmədzadə böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Əhməd Əhmədzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Prezident İlham Əliyevdən nümunə götürən Əhməd Əhmədzadənin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əhməd Əhmədzadə insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Əhməd Əhmədzadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!